turaztv.az
turaztv.az

Pirşağıda ağır qəza - Elektrik qatarı kranla toqquşdu - VİDEO

2-12-2019, 21:13 58 dəfə baxılıb

Pirşağıda ağır qəza - Elektrik qatarı kranla toqquşdu - VİDEO
Noyabrın 30-da dəmiryol stansiyasında elektrik qatarı ilə kran toqquşub.

Baş verən qəzanın görüntülərini BAKU.WS-in "qaynar xətti”nə göndəriblər.

Bildirilir ki, hadisə noyabrın 30-da Pirşağı stansiyasında avtomobil keçidində baş verib.

Pirşağı stansiyasında dəmir yolunun təmiri zamanı kranın sürücüsü yaxınlaşan elektrik qatarının səs siqnalı işarəsinə uyğun olaraq işini saxlayıb. Bu zaman "S" əndazəsinin tələblərini pozub. Artıq gec olduğu üçün elektrik qatarının maşinisti qəfildən əyləci basaraq kabinəni tərk edib və arxa vaqonlara keçib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qəzanın nəticələri bir müddət sonra aradan qaldırılıb.

Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Natavan Bayramova bildirdi ki, bu barədə məlumat verilməsi məsləhət deyil.

Qurum rəsmisi vurğuladı ki, ümumiyyətlə əgər bu xəbər verilərsə, bir daha "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat ala bilməyəcəyik.

P.S. Mətbuat xidmətinə xatırlatmaq istərdik ki, mətbuata informasiya vermək onun birbaşa vəzifəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dekabr 2019 (173)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)
İyul 2019 (277)