Küveytdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə konfrans keçirilib - FOTOLAR
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən Küveytin “Regency” mehmanxanasında konfrans təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda Küveyt Xarici İşlər Nazirliyinin rəsmiləri, Küveytin Azərbaycandakı sabiq səfirləri, Azərbaycana səfərləri zamanı Ümummilli Lider Heydər Əliyev ilə görüşmüş Küveyt rəsmiləri və onun respublikaya rəhbərlik etdiyi dövrdə ölkəmizdə təhsil almış küveytlilər, Küveyt Dövlətinin Səhiyyə, Təhsil və İnformasiya Nazirliklərinin əməkdaşları, bu ölkənin ali təhsil ocaqlarının nümayəndələri, Küveyt ictimaiyyətinin digər tanınmış simaları, Küveyt Dövlətində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, Küveytdə fəaliyyət göstərən Türk məktəbinin müəllimləri, habelə Küveyt Dövlətində yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş nitq söyləyib. O diqqətə çatdırıb ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olub. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.

Ulu Öndərin həyatı və zəngin fəaliyyəti barədə məlumat verən səfir qeyd edib ki, 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlayıb. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirib. Onun sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 213 iri sənaye müəssisəsi işə salınıb. Keçmiş SSRİ-də ilk kondisioner zavodu 1975-ci ildə Bakıda fəaliyyətə başladı. Bakı kondisionerləri dünyanın bir çox ölkələrinə -Kuba, Çin, İran, Misir və Avstraliyaya, habelə 15 müttəfiq respublikaya ixrac edilirdi. Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, məktəblər, xəstəxanalar, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmiryolu, eləcə də Qarabağın Xankəndi şəhərinə dəmiryolu çəkilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin və Vətən sevgisinin nəticəsi idi.

Diplomatımız diqqətə çatdırıb ki, 1976-cı ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və Moskvaya gedib. O, bu vəzifədə çalışarkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Səfir Ümummilli Lider Heydər Əliyevin həm də müasir və yeni Azərbaycanın memarı və qurucusu olduğunu qeyd edib. O bildirib ki, SSRİ-nin süqutundan sonra müttəfiq respublikalar, o cümlədən 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Respublikası da müstəqilliyini bərpa edib. Lakin, müstəqilliyin ilk illərində respublikada ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya mövcud olub, ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Digər tərəfdən, qonşu Ermənistan öz havadarlarının köməyi ilə torpaqlarımıza təcavüz edərək, ərazimizin 20 faizini işğal etmişdi. Həmin ağır dövrdə xalq çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider müstəqil Azərbaycana 10 il rəhbərlik edib və müstəqil Azərbaycanın inkişafının və bir çox uğurlarının əsası məhz onun hakimiyyəti dövründə qoyulub. Heydər Əliyev neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin edib, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Bu müqavilənin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verib. “Üç dənizin əfsanəsi” adlanan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilərək xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir.

Səfir vurğulayıb ki, dahi lider ölkənin inkişafını təmin edən siyasi-iqtisadi sabitliyin təmin edilməsi üçün ATƏT-in və digər vasitəçilərin səyləri ilə aparılan danışıqlar nəticəsində 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə etdi. Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. BMT, ATƏT, NATO, Avropa Şurası, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq əlaqələri quruldu. Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat İslam Əməkdaşlığı Təşkilatı olmuşdur. Heydər Əliyev İslam dövlətləri ilə əlaqələrin inkişafına və İslam həmrəyliyinə böyük önəm verirdi. Onun hələ SSRİ rəhbərliyində çalışarkən 1982-1987-ci illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa müsəlman ölkələrinə səfərləri bütün İslam aləmində aparıcı siyasətçilərdən biri kimi tanınmasına səbəb olub.

Ulu Öndərin Küveytlə əlaqələrin yaradılması və inkişafında xidmətlərindən bəhs edən səfir qeyd edib ki, 1994-cü il dekabrın 13-də Heydər Əliyev İKT zirvə görüşündə iştirak etmək üçün Mərakeşdə səfərdə olarkən Küveyt əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabahla görüşüb və bununla da iki ölkə arasında əlaqələrin əsası qoyulub. Dövlət başçıları arasında daha sonra 1995-ci ilin martında Kopenhagendə və həmin ilin oktyabrında ABŞ-da səmimi görüşlər baş tutub və müzakirələr aparılıb. Küveyt Dövləti münaqişənin ilk illərində Azərbaycan qaçqınlarına humanitar yardımlar edib və Azərbaycanda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib. Azərbaycan və Küveyt arasında həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, OPEC+ kimi təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq mövcuddur.

E.Kərimov sonda qeyd edib ki, bu gün Azərbaycan regionun lider dövlətidir, eyni zamanda torpaqlarını öz gücü ilə 30 illik işğaldan azad edən qalib dövlətdir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti və Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.

Sonra konfransda çıxış edən Küveyt parlamentinin keçmiş deputatı Saleh Aşur 2001-ci ildə Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupu nümayəndə heyətinin tərkibində Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilməsi, onun söhbət əsnasında Azərbaycanın ərəb ölkələri, xüsusən də Küveytlə əlaqələrindən danışmasından bəhs edib. O əlaqə edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir Azərbaycan dövlətinin, onun tərəqqisinin və inkişafının banisidir. Onun layiqli varisi, Azərbaycanın indiki Prezidenti İlham Əliyev atasının yolu ilə inamlı addımlarla gedir və ölkəsini inkişaf etmiş, Qafqaz regionunun ən güclü dövlətinə çevirib.

Küveyt Dövlətindəki diplomatik korpusun duayeni, Tacikistanın Küveytdəki səfiri Zubaydullo Zubaydov, Müqəddəs Taxt-Tacın Küveytdə apostol nunsisi Ögen Martin Nugent, Türkiyənin Küveytdəki səfiri xanım Tuba Nur Sönməz, Rusiyanın Küveytdəki səfiri Vladimir Jeltov, Küveytin “Mübarək Əl-Kəbir” Sağlamlıq Mərkəzinin direktoru Valid Əl-Buseyri, Gürcüstanın Küveytdəki səfiri Konstantin Zgenti, Ukraynanın Küveytdəki səfirliyinin diplomatı Olha Seheda, tədqiqatçı alim, Küveyt Alternativ Tibb Cəmiyyətinin sədri Zaben Əl-Uteybi, Qazaxıstanın Küveytdəki səfiri Azamat Berdibay, Küveytin Azərbaycandakı sabiq səfiri Ğəssan Əl-Zəvavi, Küveyt parlamentinin sabiq deputatı Camal Əl-Ömər Ulu Öndər Heydər Əliyevin öz ölkələri ilə əlaqələrin inkişafında rolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə AZƏRTAC tərəfindən ərəb dilində dublyaj edilmiş sənədli film nümayiş etdirilib.

Konfrans çərçivəsində Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkillərdən ibarət foto-stend quraşdırılıb, səfirliyin dəstəyi ilə Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş və ərəb dilində işıq üzü görmüş “Heydər Əliyev - 100” və “Zərifə Əliyeva -100” kitablarının sərgisi təşkil olunub. Sərgidə nümayiş olunan çap materialları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdən sonra iştirakçılara ziyafət verilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konfrans barədə məlumatlar Küveytin ərəbdilli “əl-Nahar”, “əl-Qabas”, “əl-Siyasa”, “əl-Ray”, “əl-Ənba”, “əl-Cəridə”, “əl-Vasat” və ingilisdilli “Kuwaittimes” qəzetlərində, www.q8-press.com elektron xəbər portalında və həmin KİV-lərin sosial şəbəkələrində geniş işıqlandırılıb.
Küveytdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə konfrans keçirilib - FOTOLAR
Küveytdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə konfrans keçirilib - FOTOLAR
Küveytdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə konfrans keçirilib - FOTOLAR
Küveytdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə konfrans keçirilib - FOTOLAR

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031