turaztv.az
turaztv.az

Rəsmi Bakıdan Paşinyanın Qarabağa qanunsuz səfərinə - REAKSİYA

2-12-2019, 21:09 48 dəfə baxılıb

Rəsmi Bakıdan Paşinyanın Qarabağa qanunsuz səfərinə - REAKSİYA
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın (XİN) Baş naziri Nikol Paşinyanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə getməsinə münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, N.Paşinyanın qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi, torpaqlarımızın hərbi işğalına məhz Emənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti dəfə bariz göstəricisidir.

L.Abdullayeva qeyd edib ki, bir müddət öncə N.Paşinyan Ermənistanın guya ki, Dağlıq Qarabağ yerinə qərar qəbul edə bilməyəcəyini iddia edirdi.


O bildirib ki, indi isə Baş nazir Paşinyan, atdığı bu addımları ilə münaqişənin həlli üzrə aparılan danışıqların birbaşa iştirakçısının elə Ermənistan olduğunu təsdiqlədi.

"Oğlu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən, işğal altındakı ərazilərimizdə Ermənistan silahlı qüvvələrinə baş çəkib mövcud vəziyyətlə tanış olan, qondarma rejimin nümayəndələri ilə görüşlər keçirib planlar quran Nikol Paşinyan bəhanələri bir kənara qoymalıdır. Danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak eməlidir”, - deyə XİN rəsmisi əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dekabr 2019 (173)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)
İyul 2019 (277)