ŞƏHİDLƏR UNUDULMUR. Şəhid Rafiq Orucov
ONLARI HEÇ VAXT UNUDA BİLMƏRİK

Qarabağ müharibəsi şəhidlərinin ailəsi ölkə Prezidenti cənab İlham Əliyevə müraciət etdi

Nə qədər oğul itirdik Qarabağ hadisələri başlanandan üzü bəri... Nə qədər oğul və qızımızın ömrü yarımçıq qaldı... Nə qədər nakam ruh dolaşır indi Qarabağın səmasında... Onları heç zaman unuda bilmərik. Yüz illər keçsə də, xalqımız, başına gətirilən bu dəhşətli faciələri və ömrü yarımçıq qalmış o nakam qəhrəmanları unutmayacaq. 1988-ci ildən başlayan Vətən mücadiləmiz, qanlı döyüşlər, qanı bu torpaqda Vətənin azadlığı naminə axmış şəhidlərin ruhu bunu diktə edir...
Ermənilərin ruslarla birlikdə törətdikləri vəhşiliklər, bizə yaşatdıqları Xocalı faciəsi qanlı və həzin yara oldu Azərbaycan xalqının ürəyində. Yüzlərlə insanın faciəli şəkildə öldürülməsi, yüzlərlə insanın əsir düşərək min bir işgəncəyə məruz qalması, yüzlərlə insanın isə itkin düşməsi ilə nəticələnən qanlı Xocalı soyqırımını – dünyada misligörünməyən erməni terrorunu unutmaq olarmı?
O yara hələ də qan verir, köz bağlamayıb. Aşağıdakı videolentdə Xocalıda qəhrəmancasına döyüşərək yaralanmış və düşmən tərəfindın əsir götürülərək, döyülüb işgəncələr verilərək vəhşicəsinə, insanlığa yaramayan vəhşiliklə öldürülmüş şəhid Rafiq Orucov haqqında ailəsinin xatirələrini təqdim edirik.
Onu da qeyd eləyək ki, şəhid Rafiq Orucovun atası da Xocalının Meşəli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhidin bir qardaşı isə İkinci Qarabağ müharibəsi qazisidir.
İndi isə Vətənin azadlığı uğrunda 2 şəhid və bir qazi vermiş ailə özü çətin durumdadır. Ailə darısqal və şəraitsiz yataqxanada məskunlaşmışdır.
Şəhidin həyat yoldaşı və eyni zamanda şəhid anası, onkoloji xəstə olan Ziba ana – Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan, “dəmir yumruğ”un sahibi İlham Əliyevə və aidiyyəti orqanlara müraciət edərək mənzil problemlərinin həllini və onların yaşayış şəraitlərinin yaxşılaşdırılmasını xahiş edir. Bu ümiddədir ki, cənab Prezident onun bu narahatlığına son qoyulması, şəhid ailəsinin yaşadığı sıxıntılardan çıxması üçün müvafiq qurumlara tapşırığını verəcək.

Son xəbərlər

Almaniyada Xocalı soyqırımı ilə bağlı aksiya - Foto

"Bayer 04" - "Qarabağ" oyununun biletləri bu tarixdən satışa çıxarılır

İmişlinin qazı KƏSİLƏCƏK

Diasporda Xocalı soyrıqımı anılır... - FOTO

Hazırda tıxac olan yolların SİYAHISI

Bakıda beşmərtəbəli binada yanğın olub - FOTO

Netanyahu: Rəfah əməliyyatı istənilən halda baş tutacaq

Tanınmış pedaqoq vəfat etdi - FOTO

Mehriban Əliyevadan Xocalı PAYLAŞIMI

Xocalı soyqırımının 32-ci İLDÖNÜMÜ

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib

NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynaya gizli səfər edib

Azərbaycanda ən varlı müğənni GÖRÜN KİM İMİŞ? - FOTO

Burkina-Fasonda kilsədə terror aktı törədilib, 15 nəfər həlak olub

Hikmət Hacıyev: Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada ən dəhşətli kütləvi qırğındır

“Liverpul” “Çelsi”ni məğlub edərək Liqa Kubokunun qalibi olub

Burkina-Fasoda kilsədə terror aktı törədilib, 15 nəfər həlak olub

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

Sabah bəzi avtobusların hərəkət istiqaməti DƏYİŞƏCƏK

Rəsmi Bakı: Xocalı soyqırımı beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır

“Qəbələ” komandasının yeni baş məşqçisi məlum olub

Ağ Ev: Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq sabit qalır

Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Xocalı faciəsinin ildönümü ilə əlaqədar türkiyəli və yerli alpnistlər Haçadağ zirvəsinə qalxıb

Federasiya prezidenti: Azərbaycanda basketbol inkişaf edir

BMT: Hər beşinci ukraynalı ailənin ərzaq yardımına ehtiyacı var

Bu həyatda çalışmışam yaxşılıq edim buna görə də Ulu Yaradana minnətdaram - FOTO

Sumqayıtda kişi dəm qazından boğulub

Bütün xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829