Xəbərlər
13.05.2023, 21:50
Həsənxan Əsədov: Mənimlə bu eşqi bölə biləsən - FOTO
Mənimlə bu eşqi bölə biləsən
Sevirəm mən səni dünyalar qədər,
Səni hər görəndə yox olur kədər,
Ürəyim eşqiylə olub dərbədər,
Vurğunam sən kimi gülə biləsən,
Mənimlə bu eşqi bölə biləsən.
Sən mənə sevincsən, arzu, diləksən,
Mənim qoruyucu ülvü mələksən,
Ruhuma naxışsan, ömrə bəzəksən,
Könlümdən qüssəni silə biləsən,
Mənimlə bu eşqi bölə biləsən.
Könlümdə, gözümdə bir dünya sən-sən
Sönməyən eşqimin alov, odu, sən,
Həyatın mənası həmdə dadı sən.
Görən göz bəbəyim, qara giləmsən,
Mənimlə bu eşqi bölə biləsən.
Gündüz günəşimsən, gecə ayımsan,
Okean, dənizə axan çayımsan,
Ömrümə Tanrıdan müjdə, payım san,
Möhtacam bir şirin dilə, biləsən,
Mənimlə bu eşqi bölə biləsən.
Məhəbbət yurdunda yar sorağıyla,
Daradım qüruru eşq darağıyla,
Gəzir vicdanım da pak çırağıyla,
Həsənəm, halımı bilə biləsən,
Mənimlə bu eşqi bölə biləsən
Səni hər görəndə yox olur kədər,
Ürəyim eşqiylə olub dərbədər,
Vurğunam sən kimi gülə biləsən,
Mənimlə bu eşqi bölə biləsən.
Sən mənə sevincsən, arzu, diləksən,
Mənim qoruyucu ülvü mələksən,
Ruhuma naxışsan, ömrə bəzəksən,
Könlümdən qüssəni silə biləsən,
Mənimlə bu eşqi bölə biləsən.
Könlümdə, gözümdə bir dünya sən-sən
Sönməyən eşqimin alov, odu, sən,
Həyatın mənası həmdə dadı sən.
Görən göz bəbəyim, qara giləmsən,
Mənimlə bu eşqi bölə biləsən.
Gündüz günəşimsən, gecə ayımsan,
Okean, dənizə axan çayımsan,
Ömrümə Tanrıdan müjdə, payım san,
Möhtacam bir şirin dilə, biləsən,
Mənimlə bu eşqi bölə biləsən.
Məhəbbət yurdunda yar sorağıyla,
Daradım qüruru eşq darağıyla,
Gəzir vicdanım da pak çırağıyla,
Həsənəm, halımı bilə biləsən,
Mənimlə bu eşqi bölə biləsən
12.05.2023
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay