turaztv.az
turaztv.az

Azərbaycanlı icra başçısı işə avtobusla gedir - FOTO

2-12-2019, 19:19 58 dəfə baxılıb

Azərbaycanlı icra başçısı işə avtobusla gedir - FOTO
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı Temur Abazov sadə həyat tərzi ilə diqqət çəkir.

BAKU.WS-in məlumatıba görə, Temur Abazov işə və evinə daha çox ictimai nəqliyyat vasitəsi ilə gedir. İcra başçısının xalqın içində olması Gürcüstanda təqdirə layiq addım olaraq qəbul edilir.

Qeyd edək ki, Teymur Abbasov 1981-ci il dekabrın 2-də anadan olub.

2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib;

2003-cü ildə Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirib;

2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışıb;

2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışıb;

2005-ci ildə MMC "JTI”-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olub;

2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olub;

2006–2007 ci illərdə „ANADOLU” Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olub;

2007–2011 ci illərdə MMC "Elita Bürc”də Marketinq Xidmətinin Meneceri kimi çalışıb;

2011–2015 ci illərdə MMC "Elita Bürc”də Marketinq Xidmətinin Rəhbəri kimi çalışıb;

2012-ci ildə MMC”Qlobal Kontrakt Konsaltinq”-in Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olub;

2013-cü ildə "Gürcü Arzusu” koalisiyasının Marneuli Seçki Qərargahının sədri olub;

2015-ci ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Tədbirlərin Təmini İdarəsi Şöbəsinin Baş Mütəxəssisi olub;

2015–2017 ci illərdə Mərkəzi Kriminal Polisi Departamentinin Beynəlxalq Cinayyətlərə Qarşı Mübarizə Əməkdaşlıq Mərkəzi İdarəsinin Rəhbəri/Azərbaycan Respublikasında Polis Attaşesi;

Azərbaycan, gürcü, türk, rus və ingilis dillərini bilir;

Ailəlidir, üç övladı var






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dekabr 2019 (173)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)
İyul 2019 (277)