turaztv.az
turaztv.az

Ülvi ideallara könül vermiş insan

1-12-2019, 21:18 64 dəfə baxılıb

Ülvi ideallara könül vermiş insan
Əlipənah (Kəngərli) Hacıyevin doğum gününə


İnsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır. Bu, ilahi qanundur. Allah insanı bu cür fitrətlə yaratmışdır. Dolayısilə, hər bir bəşər övladı həyatın enişli-yoxuşlu yollarında qarşısına çıxan maddi-mənəvi əngəllərin öhdəsindən gəlmək üçün başqa insanların maddi-mənəvi yardımına ehtiyac duyur.
Elə insanlar var ki, özümüzü onlara daha yaxın hiss edirik. Çünki onlar bizim dost və yoldaşlarımızdır. Nə vaxt çətinə düşsək, Xızır kimi köməyimizə çatırlar.
Dost sözü fars mənşəli olub “sevilən adam, yoldaş, sevgili, yar” mənalarını verir. Dini ədəbiyyatda bu məfhum “sədaqət, üxuvvət, söhbət” kəlmələri ilə ifadə edilir. Sədaqətli və səmimi insanlara “dost” deyilir. Dostluq insanlar arasında sevgi və səmimiyyətə söykənən qırılmaz münasibətlər məcmusudur.
Dostsuz, yoldaşsız yaşamaq çətindir. Həyat dostlar və səmimi insanlarla mənalı olur. Ülvi ideallara könül vermiş insanlar üçün isə dostun yeri bambaşqadır. Haqqında söz açdığımız Əlipənah müəllim də bu sıradan olan dostlardandır.
Deyirlər, “dost dar gündə tanınar”. Həqiqətən də belədir. Əlipənah müəllim kimi əsl dost və yoldaş insanın maddi vəziyyətinə baxmayıb, xoş gündə dostlarının yanında olub, çətinə düşəndə qeybə çəkilməyib. Dar gündə və təhlükəli anda dostunun yanında olmayan bir insanın dostluqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu mənada Əlipənah müəllim xoşbəxtdir. Əslində o xoşbəxtlikdən bizə də pay düşür. Çünki Əlipənah müəllim necə dostdursa, biz də o cürük.
Yenə də o fikirdə qalırıq ki, dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyil. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkünsüzdür. Əlipənah müəllimdə olan müsbət xüsusiyyətlər çoxunda yoxdur. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əlipənah timsallı əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Əlipənah müəllimlə olan xoş münasibətlərimiz, bu münasibətlərin çevrildiyi dostluq da sınanılıb.
Dostu olmaq böyük xöşbəxtlikdir.Biz də fəxr edirik ki, Əlipənah müəllim kimi dostumuz var. Biz özümüzü daha inamlı hesab edirik ki, Əlipənah müəllim kimi saf dostumuz var. Yazarlar “dostluq nədir?” sualı ətrafında tez-tez düşünürlər. Biz yazarlar da bu qənaətdəyik ki, dostluq - fədakarlıq deməkdir. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir – onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. Bizim anlamımızda Əlipənah müəllimin özü fədakar, cəfakeş, zəhmətkeş insan kimi tanınıb. Elə hesab edirik ki, bu şeir də Əlipənah müəllimin ad gününə ona sadiq və eyni zamanda onun sadiq qaldığı dostlardan ən layiqli hədiyyədir.

Duman-çən birləşib yolumu kəssə,
Düşər dost-tanışlar yadıma mənim.
Bilirəm bir azca çətinə düşsəm,
Onlar yetişərlər dadıma mənim.

Demə: bu dostların qalıbdır harda,
Onlar gözlərimə dəymir nə vaxtdan.
Dost dostu sınayar çətində, darda,
Dar gündə cıxıblar onlar sınaqdan.

Çox dost qazanmışam mən öz elimdə,
Elə bilirəm ki, yoxdur düşmənim.
Gözüm görməyəndə tutub əlimdən,
Dostlarım ağ günə çıxarıb məni.

Söz salıb onların məhəbbətindən,
Doğrusu bilmirəm bu gün nə deyim.
Onların eşqindən, məhəbbətindən,
Yüz yol danışsam da, qurtaran deyil.

Çox adam görmüşəm mən bu yaşımda,
Dostu unudanın qiyməti olmaz.
Dost-tanış olmasa, süfrə başında,
Kəsdiyim çörəyin ləzzəti olmaz.

Hər gün dostlarımı salıram yada,
Dərirəm ömrümün dostluq barını.
Yaxşı ki, dostların mən bu dünyada,
Qazana bilmişəm etibarını.

Dostlar Cəmil ZƏBHULLAOĞLU-nun,
Şamo NƏRIMANOĞLU-nun
Rahib KƏRIMLI-nin adından
Daşdəmir ƏJDƏROĞLU

Ülvi ideallara könül vermiş insan






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dekabr 2019 (173)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)
İyul 2019 (277)