turaztv.az
turaztv.az

MN: Ermənistan mətbuatının yaydığı məlumat dezinformasiyadır

30-11-2019, 13:33 50 dəfə baxılıb

MN: Ermənistan mətbuatının yaydığı məlumat dezinformasiyadır
“Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır”.
Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə bu ad və soyadda hərbi qulluqçumuz yoxdur.

“Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik”, - deyə məlumatda qeyd edilib.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dekabr 2019 (173)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)
İyul 2019 (277)