turaztv.az
turaztv.az

Arvadını bıçaqlayanın məhkəməsi başlayır

30-11-2019, 13:28 45 dəfə baxılıb

Arvadını bıçaqlayanın məhkəməsi başlayır
Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Ağalar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Qeyd edək ki, bu il paytaxtın Nəsimi rayonunda yaşayan 1984-cü il təvəllüdlü Əliyev Ağalar Əliyar oğlu yaşadığı evdə qısqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızını boyun və bel nayihəsindən bıçaqlayıb.

Qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. A. Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dekabr 2019 (173)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)
İyul 2019 (277)