turaztv.az
turaztv.az

Bakıda daha 2 tələbə qidadan zəhərləndi

30-11-2019, 13:01 50 dəfə baxılıb

Bakıda daha 2 tələbə qidadan zəhərləndi
Bakıda iki tələbə qidadan zəhərlənib.

Səhiyyə Nazirliyindən "Qafqazonfo"ya verilən məlumata görə, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.

Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi. Noyabrın 26-da isə Bakıda Xəzər Universitetinin altı tələbəsi dəm qazından zəhərlənmişdi. Onlar əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş, daha sonra vəziyyətləri qənaətbəxş hesab edildiyindən artıq tələbələr evə buraxılmışdılar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dekabr 2019 (173)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)
İyul 2019 (277)