turaztv.az
turaztv.az

Hesablama Palatası icra başçısının fəaliyyətində nöqsanlar aşkarladı

30-11-2019, 12:59 57 dəfə baxılıb

Hesablama Palatası icra başçısının fəaliyyətində nöqsanlar aşkarladı
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.


Modern.az xəbər verir ki, iclasda Azərbaycan Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin layihəsinə verilmiş rəy müzakirə olunub.

Rəydə Fondun büdcə layihəsi, habelə vəsaitinin 2020-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və Fondun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələri məqbul hesab edilib, onların təsdiq edilməsi barədə müvafiq fərman layihəsinin Fondun Müşahidə Şurasına təqdim edilməsi üçün quruma göndərilməsi tövsiyə olunub.

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları da müzakirə olunub:

Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində inzibatçılığın təşkili vəziyyətinə dair;

Sabunçu Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair;

Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarına dair.

Kollegiya iclasında nəzarət tədbirləri üzrə auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarlarının və auditor hesabatlarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib, bir kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramda dəyişiklik edilməsi, Hesablama Palatası Kollegiyasının 2019-cu il 11 oktyabr tarixli, Q-137 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hesablama Palatası tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması Qaydaları”nın qəbul edilməsi ilə əlaqədar olaraq Palatanın digər metodiki sənədlərinin həmin Qaydalara uyğunlaşdırılması üzrə məsələlər, eləcə də "Kollegiya Qərarlarının və auditor hesabatlarının hüquqi təhlili üzrə Arayış”ın layihəsi müzakirə olunaraq təsdiq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dekabr 2019 (173)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)
İyul 2019 (277)