turaztv.az
turaztv.az

Prezident İlham Əliyevin yeni köməkçisi kimdir? – DOSYE

29-11-2019, 21:27 45 dəfə baxılıb

Prezident İlham Əliyevin yeni köməkçisi kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevə yeni köməkçi təyin edilib.

Anews.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə anadan olmuşdur. O 1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb. 2003 - 2004-cü illər Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistr birib. İngilis, fransız, rus, türk dillərini bilir.

İş təcrübəsi:
1995 - 2005-ci illər Azərbaycan Respublikası Milli Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2005 - 2006-cı illər Azərbaycan Respublikası Milli Bankının Baş direktoru vəzifəsində işləyib.

15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində çalışır.

12 iyun 2006-cı ildən Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədr müavinidir.

2006 - 2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri olmuşdur.

2006 - 2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olmuşdur.

2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.

2014-cü ildən Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvüdür.

15 iyul 2016-cı ildən Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvüdür.

5 aprel 2017-ci ildən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.

14 mart 2018-ci ildən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvüdür.

Evlidir, üç övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dekabr 2019 (173)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)
İyul 2019 (277)