
Xəbərlər
21.03.2023, 01:41
Səməd Vurğunun doğum günüdür Bahar təravətli xalq şairimizə.Allah rəhmət eləsin. - FOTO
Səməd Vurğunun doğum günüdür Bahar təravətli xalq şairimizə.Allah rəhmət eləsin.
Vurğuna gileyim.
Vurğunun gördüyü o, zaman deyil,
Çaldığın o, saz da kaman da, deyil,
Dayaz çaylar coşur ümman da, deyil,
Qələmlər dönübdür qəlyana şair.
Baxan yox ilahi bu necə dərdir,
Sözündə mənası sovrulur gedir,
Zindana çəkici vurub yeridir,
Dahilər deyirlər adına şair.
Heca, qafiyələr xaşıla dönüb,
Şairin həvəsi, təbi də ölüb,
Bayağı şan-şöhrət işini görüb,
Sözünün ağası zamana şair.
Sözün ustadını vurub yıxırlar,
İmkanlı olanlar göyə çıxırlar,
Haqqdan güc alanı oda yaxırlar,
Kitab bazarları yan-yana şair.
Şair söz meydanında qoy desin sözü,
Qafiyə dalınca axmasın gözü,
Özgə ocağından oğranan közü,
Bax belə girirlər min dona şair.
Vurğunun gəzdiyi uca dağları,
Ələsgər babanın güllü bağları,
Bəxtiyarla ötən o, xoş çağları,
Bünövrə qoyduğu el oğulları,
Ana torpaq aldı qoynuna şair.
Hər zaman mərdanə sözümü dedim,
Nə də ki, söz ilə özümü öydüm,
Bəlkə də kiminsə xətrinə dəydim,
Şəhlayam sözümün canını deyim,
Çatmayır sözümüz ünvana şair,
Yaman ağır gəlir insana şair.
Çaldığın o, saz da kaman da, deyil,
Dayaz çaylar coşur ümman da, deyil,
Qələmlər dönübdür qəlyana şair.
Baxan yox ilahi bu necə dərdir,
Sözündə mənası sovrulur gedir,
Zindana çəkici vurub yeridir,
Dahilər deyirlər adına şair.
Heca, qafiyələr xaşıla dönüb,
Şairin həvəsi, təbi də ölüb,
Bayağı şan-şöhrət işini görüb,
Sözünün ağası zamana şair.
Sözün ustadını vurub yıxırlar,
İmkanlı olanlar göyə çıxırlar,
Haqqdan güc alanı oda yaxırlar,
Kitab bazarları yan-yana şair.
Şair söz meydanında qoy desin sözü,
Qafiyə dalınca axmasın gözü,
Özgə ocağından oğranan közü,
Bax belə girirlər min dona şair.
Vurğunun gəzdiyi uca dağları,
Ələsgər babanın güllü bağları,
Bəxtiyarla ötən o, xoş çağları,
Bünövrə qoyduğu el oğulları,
Ana torpaq aldı qoynuna şair.
Hər zaman mərdanə sözümü dedim,
Nə də ki, söz ilə özümü öydüm,
Bəlkə də kiminsə xətrinə dəydim,
Şəhlayam sözümün canını deyim,
Çatmayır sözümüz ünvana şair,
Yaman ağır gəlir insana şair.
Şəhla Xəlilqızı
21.03.2021
21.03.2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay