Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Novruz ASLANOV - 60

Kamil insan

Həyatda elə insanlar var ki, onlar haqqında danışmaq da, yazmaq da çox xoşdur. Çünki belə insanlar nə vaxt, hansı şəraitdə yaşamasından asılı olmayaraq, xalq, el-oba üçün çalışır, öz nəcib və savab əməlləri ilə doğma xalqının, el-obasının xidmətində dayanırlar.
Belə insanlar kənardan kimlərinsə diktələrini itaətkarcasına qəbul etmir, ya da özlərinə bəraət, imic üçün insanları aldatmaqla məşğul olmurlar. Belə şəxsiyyəti bütöv, əqidəsi saf, qəlbi daim xalqı, el-obası, camaatı üçün çırpınan insanlardan biri də əziz dostumuz Novruz Aslanovdur.
Novruz müəllim haqqında çox (saysız-hesabsız) deyilib, çox yazılıb. İctimai-siyasi fəaliyyəti müxtəlif formalarda, səviyyələrdə yetərincə ifadə olunub. Bu səbəbdən də onun haqqında yeni nəsə söyləmək, təzə aspekt tapmaq çətindir. Amma... Ömrünü qeyd etdiyim kimi, xalqına, obasına həsr etmiş bu insan barədə nə qədər yazılsa, deyilsə belə, söyləniləsi, təqdim olunası məqamlar şübhəsiz, qalmamış deyil və bir halda ki, Azərbaycanın keşməkeşli tarixində ayrıca bir dövr – XX əsr adlı dönəm var – onun da adı hər zaman çəkiləcək. Çünki heç nədən asılı olmayaraq Novruz Aslanov ömrü, fəaliyyəti ölkəmizin məhz o zamankı tarixinin ayrılmaz tərkib hissəsidir. Çünki Novruz müəllim XIX əsrin 60-cı illərinin övladı olsa da, XXI əsri də bölüşür...

Heç kəs anadan dahi doğulmayıb. Amma haqqında danışdığımız Novruz Aslanov sanki dahi doğulub, humanitar, sosial problemlərin həlli üçün doğulub, təşkilatçılıq, təbliğatçılıq və təşviqatçılıq işinin həyata keçirilməsi üçün doğulub. Onun bu sahələrdəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti fəaliyyətə başladığı, həm də ictimai-humanitar aləmə qədəm qoyduğu ilk günlərdən özünü büruzə verib. Onda tükənməz enerji və işgüzarlıq qabiliyyəti var. O, bir çox həmkarının illərlə görə bilmədiyi işi bir neçə gündə həyata keçirməyə qabildir. Yorulmağın və dayanmağın nə olduğunu bilməyən Novruz Aslanın normal istirahət etməyə belə vaxtı çatmır.
Bir çoxumuza qismət olmayan iti hafizəsi var. İllər öncə baş vermiş hər hansı hadisəni dəqiqəsinədək xırdalaya, yada sala bilir. Ən çətin məqamlarda həmin möhkəm yaddaşı onun köməyinə çatıb.


Novruz Aslanov xalqın böyük sevgisini qazanmış ictimai xadimdir


Bildiyimiz kimi, o, 86 saylı İsmayıllı Seçki Dairəsindən 2005-ci ildən başlayaraq Üçüncü, Dördüncü, Beşinci və Altıncı çağırış Milli Məclisin deputatıdır. Bu, nəyin göstəricisidir? Əlbəttə ki, xalqın etimadının, inamının, sevgisinin, məhəbbətinin və bir də onun yüksək səviyyədə iş görmək qabiliyyətinin. Zəkasını, ağlını, yüksək savadını, elmini, təşkilatçılıq qabiliyyətini və məharətini də əlavə etsək, Novruz müəllimin hərtərəfli insan olduğunu təsdiqləmiş oluruq.
Novruz Aslanov daim xalqa, el-obaya arxalanan, onun dəstəyinə bel bağlayan bir ziyalımızdır

Qəribədir, Novruz Aslanovu istəməyənlər, ona bədxahlıq edənlər heç zaman açıq, mərdi-mərdanə mübarizə aparmayıblar. Küncdə, bucaqda pıçıldaşmağı, arxadan zərbə endirməyi üstün tutublar. Çünki qarşılarındakının hər bir sahədə, hər bir cəhətdən onlardan neçə boy yüksəkdə dayandığını gözəl anlayıblar. Həm də son nəticədə xalqın istəyinin, sevgisinin, rəğbətinin kimə yönəldiyini də aydın dərk ediblər.
Novruz Aslanov heç bir təhlükədən, heç bir çətinlikdən qorxmayan ictimai xadimdir. Dəfələrlə onun qarşısında süni maneələr yaradılsa da, tutduğu haqq yoluna əngəl törətmək istəsələr də, Novruz Aslanov bu halları məharətlə dəf edə bilib, su bulandırmaq istəyənlərin arzularını ürəklərində qoyub. Çünki arxasında xalq, el-oba dayanan bir şəxs belə addım ata bilər.


Novruz Aslanov həyatın demək olar ki, bütün sahələrinə aid yüksək və ensiklopedik biliyə malik şəxsdir


O özünün bu keyfiyyəti ilə çoxunu heyrətdə qoyub. Müxtəlif peşə sahibləri, alimlərlə söhbəti zamanı hər sahəyə aid zəngin biliyi, problemlərə dərindən bələdliyi, indiyə qədər keçilən yol, qarşıda duran vəzifələr, çətinlikləri aradan qaldırmaq üçün görüləsi işlər və s. barədə o qədər zəngin və peşəkarlıqla danışır ki, hər sahənin adamı onu “özününkü” hesab edir, hörmət və ehtiramla onu dinləyərək dedikləri ilə razılaşır. Eşitmişəm ki, bir çox həmkarı ondakı bu məharətdən faydalanmaq istəyib və hər dəfə də Novruz müəllim bu təcrübəsini ötürməyə çalışıb. Bir çoxundan fərqli olaraq, o, ondan öyrənmək istəyənlərə xəsislik etmir.

Novruz Aslanov insana və ziyalıya qiymət verən şəxsiyyətdir

O, respublikanın tanınmış ziyalıları, görkəmli sənət adamları ilə görüşüb dostluq edir, əməklərini qiymətləndirir, onlara maddi və mənəvi cəhətdən dayaq durur. Ehtiyacı olanların, sosial problemləri artmaqda olan kəndlərin, qəsəbələrin qayğısına qalaraq onların sayını imkan daxilində azaltmağa nail olub, bir sözlə, ona bu və ya digər məsələ üçün müraciət edənlər diqqətdən kənarda qalmayıblar. Hətta deputat seçildiyi İsmayıllı rayonundan kənarda yaşayan övladlarımız da, ziyalılarımız da bu böyük günəşin hərarətindən qızına biliblər.

Novruz Aslanov gəncləri sevən, onlara arxalanan ziyalıdır

O, daim gənclərlə görüşməyə, onların problem və qayğılarını öyrənib kömək etməyə vaxt tapır. Bunu həm deputat seçildiyi ərazinin, həm də illərdir rəhbərlik etdiyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tərkibində fəaliyyət göstərən gənclərin timsalında aydın hiss etmək, görmək olar. Daim gənclərin arsında olan Novruz müəllim də gündən-günə gəncləşir, onlardan ilham alır, tərəqqiyə doğru inamla addımlar atır.

Novruz Aslanov yüksək ziyalılıq qabiliyyətinə, görüş və danışıqları istədiyi məcrada aparmaq istedadına malikdir

Onun üçün çətin müsahib yoxdur. Söhbətə başlamaq, hiss edilmədən bir mövzudan digərinə keçmək, yerinə düşən incə bir zarafat, şirin yumorla vəziyyəti dəyişmək, gözlənilməz manevrlərlə öz mövqeyini sonadək müdafiə edib yeritmək məharətində yəqin ki, ona çatan olmaz. Hər dəfə də seyr edənlərin, izləyənlərin hamısı onunla görüşdən sonsuz dərəcədə məmnun qaldıqlarını gizlətmirlər. Dəfələrlə TV kanallarına, müxtəlif mətbuat orqanlarına, xəbər agentliklərinə və saytlara verdiyi müsahibələrdən bu xarakterini sezmişəm.
Bu yerdə Şərqin böyük mütəfəkkiri Ömər Xəyyamın müdrikcəsinə dediyi sözləri xatırlamamaq olmur: “Canlı varlıqlar arasında insanlığın tacı kamil insandır. Kamil insan xeyirxah əməllərlə məşğul olmaq, xalqı xilas etmək üçün dünyaya gəlir. Xeyirxah işlər görməyi bilikli, kamil insanlar bacara bilərlər”. Min il bundan əvvəl deyilmiş bu sözləri bu gün Novruz müəllimə cəsarətlə şamil etmək olar. Görülən uğurlu iş, savab və nəcib əməl heç zaman yaddan çıxmır. Bir də Novruz müəllim heç zaman etdiyi yaxşılıqları, gördüyü işləri gözə soxmayıb. Bax, elə buna görə yaxşılığının dadını görənlər onu çox istəyir, xətrini daim əziz tuturlar.


HAŞİYƏ:

Novruzəli Davud oğlu Aslanov (Novruz Aslan; 22 mart 1963, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin deputatı. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Novruzəli Aslanov 1963-cü il mart ayının 22-də Bakı şəhərində yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 201 saylı orta məktəbə daxil olmuş, 1980-ci ildə məktəbi bitirmişdir. Həmin il Azərbaycan Texniki Universitetinin (keçmiş Politexnik İnstitutunun) "Avtomatika və elektron hesablama texnikası" fakültəsinə daxil olmuş, 1985-ci ildə oranı bitirmişdir. 1985–1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəsifələrində çalışmışdır.
1990–1999-cu illərdə "Azərağackağız" Səhmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
2005-ci il, 2010-cu il və 2015-ci il (III, IV və V çağırış) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Bitərəfdir.
Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur.
10 ədəbi, elmi-kütləvi kitabın müəllifidir. Belə ki, daha çox oxucu auditoriyasına malik olan "Humanitar diplomatiya", "Mərhəmətin ünvanı", "Mənim düşüncələrim", "Qızıl Aypara dünən, bügün, sabah" bu və ya digər, "Xeyir və Şər", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti zamanın axarında", "Bir daha insan haqqında", "İnsan və onun möcüzəli dünyası", "Əbədi həyat və möcüzəli varlıq" kimi kitabların müəllifidir.
Ailəlidir, 4 övladı var.
2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş "Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili" adına layiq görülüb.
Amerika Bioqrafiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə “2008-ci ilin adamı” elan edilib, 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə "İlin Adamı" medalı ilə təltif olunub.
Novruz Aslanov "Yusif Məmmədəliyev" adına medala layiq görülüb və respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla 4 mart 2010-cu ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə", 4 mart 2015-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.



Novruz Aslanov təcrübəli və vətənpərvər eloğlumuzdur, bacarıqlı və səriştəli Qızıl Ayparaçıdır, görkəmli, tanınmış, nüfuzlu dövlət xadimidir, Milli Məclisin deputatıdır, hər şeydən əvvəl, gözəl vətəndaşdır, ləyaqətli azərbaycanlıdır, nurlu ziyalıdır


Bəli, bu gün də yeni, hərtərəfli gənc nəsil yetişir. Novruz müəllim bu gənclərə nümunədir. Nəyi ilə? İlk əvvəl sağlam əqidəsi ilə, Vətənə olan sədaqəti ilə, böyük Allahın ona verdiyi səlis nitqi ilə və s. Yazı boyu bu xarakterik cizgiləri qeyd etmişəm və artıra da bilərdim. Amma təvazökar bir insan olan Novruz Aslanov bu xüsusiyyətlərin çoxluğu ilə öyünmür. Onun arzuları daha çoxdur. Bu arzuların başında ölkə Prezidenti, Ali Baş Komandanımız, “dəmir yumruğ”un əsl sahibi İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun 44 gün ərzində işğaldan azad etdiyi rayonlarımızın – vaxtilə cənnətməkan olan guşələrimizin çiçəklənməsi, cənnət məkanlara çevrilməsi naminə burada görüləcək quruculuq işlərinə layiqli töhfələr verməkdir. Xarici səfərləri zamanı görüş və çıxışlarında daim çalışıb ki, dünyada yaşayan hər bir azərbaycanlının, yaxud tərəf müqabili olan, sözü keçə bilən xarici vətəndaşın – mötəbər qurum təmsilçisinin qəlbinə Qarabağ yükünün ağırlığını yerləşdirə, dərdimizin, ağrı-acılarımızın, kədərimizin miqyasını dərk etdirə, anlada bilsin. Çünki ölkəmizin hüdudlarından kənarda Azərbaycan həqiqətlərini nə qədər çox adam bilsə, müdafiəçilərimiz nə qədər çox olsa, bu problem bir o qədər tezliklə və ədalətlə həll edilə bilər.

Novruz Aslanov müharibə veteranlarının, qazilərin, şəhid ailələrinin dostudur

44 günlük İkinci Qarabağ müharibəsindən sonra elə gün olmurdu ki, şəhid ailələrinə baş çəkməsin, qazi və veteranların qonağı olmasın. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla keçirilən dəfn və anım mərasimlərində, müxtəlif vətənpərvərli tədbirlərində
birlikdə addımlayıb, tarixə qətiyyətli qələbə yazmış cəngavərlərimizin yanında olub, onların sosial-mənəvi ehtiyaclarının ödənilməsinə yardımçı olublar.
Dəyərlimiz Novruz Aslanovun 60 yaşı tamam olur. İslam aləmində bu yaş müqəddəs sayılır. Yubilyarımıza nə arzulaya bilərəm? Ən birincisi, cansağlığı. Arzum budur ki, Böyük Azərbaycançı kimi Azərbaycanımızın gündən-günə çiçəklənməsi, daim tərəqqi etməsi və nəhəng quruculuğunun şahidi olasınız. Yaxşılıq, xeyirxahlıq, halallıq sizin fədakar ziyalı missiyanızın işığını bir az da artırır. Sizin sözə-sənətə, humanitar işə təmənnasız xidmətiniz və könüldən gələn məhəbbətiniz hamımızın ürəyincədir.

Həyat onu maraqlı etməyi bacaranlar üçün gözəldir! Siz də bu gözəlliyi yaradanlardan birisiniz.
Üzünüzün və sözünüzün nuru mübarək olsun, altmış yaşlı əziz, dəyərli dostumuz!


Dərin hörmətlə;
Daşdəmir Əjdəroğlu

Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR
Kamil insan -  Novruz ASLANOV - 60  - FOTOLAR

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031