Xarici işlər nazirinin müavini Mavritaniyada işgüzar səfərdə olub
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev martın 16-17-də İslam Əməkdaşlıq Şurasının (İƏT) Nazirlər Şurasının 49-cu sessiyasında iştirak məqsədilə Mavritaniya İslam Respublikasında işgüzar səfərdə olub.

Xarici İşlər Nazirliyindən AZƏRTAc-a bildirilib ki, səfər çərçivəsində nazir müavini Fariz Rzayevin Mavritaniya xarici işlər naziri Mohamed Salem Ould Merzoug, Burkina-Faso xarici işlər naziri Ragnaghnevende Olivia Rouamba, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru Yerlan Baidaulet, Oman Sultanlığı Xarici İşlər Nazirliyinin Diplomatik məsələlər üzrə katibinin müavini Şeyx Xəlifə bin Əli bin İsa əl Harti, habelə Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse ilə ikitərəfli görüşləri keçirilib.

Görüşlər zamanı ikitərəfli əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Yüksək səviyyəli rəsmi təmasların və ikitərəfli siyasi məsləhətləşmələrin intensivliyinin artırılmasının əhəmiyyəti vurğulanıb.

Qarşı tərəf Azərbaycanın QH-na sədrliyi çərçivəsində irəli sürülmüş pandemiyadan sonrakı qlobal bərpa məsələsinə həsr olunmuş təşəbbüslər barədə məlumatlandırılıb.

Nazir müavini tərəfindən ölkəmizin üzvlüyü dövründə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək təqdir olunub.

Görüşlər zamanı, Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycana qarşı təcavüzü, postmünaqişə dövründə Azərbaycan-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti, eləcə də regionda Ermənistanın təxribatları, mina təhdidləri barədə ətraflı məlumat verilib.

Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat-kommunikasiya layihələri diqqətə çatdırılıb, bu istiqamətlərdə əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031