Xəbərlər
9.03.2023, 00:47
ÇİNGİZ ŞAHBAZİ: Azərbaycan tərəfinin kifayət qədər təcrübəsi var
Gürcüstanda baş verən etiraz aksiyalarının arxasında, zəifləyən və regionda proseslərə nəzarəti itirməkdə olan Rusiya və onu əvəz etməyə çalışan Qərbin mübarizəsi dayanır. Bura iki aydan sonra qardaş ölkə, Türkiyədə keçiriləcək Prezident və Parlament seçkilərini də əlavə etsək, görərik ki yaxın vaxtlarda bölgənin geosiyasi vəziyyətinin qeyri sabit keçəcəyi qaçılmazdır.
Bu qeyri sabitlik, heç də birmənalı olaraq ziyanlı hadisələr kimi anlaşılmamalıdır. Bu həmçinin yeni münasibətlərin qurulması baxımından və siyasi vəziyyətin daha geniş aspektlərinə inteqrasiya edilməsi istiqamətində daha çox imkanların əldə edilməsinə açılan perspektiv kimi də hesab etmək olar. Bunun üçün Azərbaycan tərəfinin kifayət qədər təcrübəsi var və hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, ölkəmizin istər region ölkələrilə münasibətlərində, istər dünya ölkələri ilə əlaqələri baxımından olsun, siyasi və iqtisadi münasibətlərində sabitliyini qoruyacaq və hər zaman olduğu kimi beynəlxalq hüququn yanında yerini alacaqdır. Bu siyasət, Cənubi Qafqaz ölkələri arasında ən məqbul siyasət hesab edilə bilər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay