Şəhla Xəlilqızı. "Qəbələnin səsi" ədəbi birliyin rəhbəri:   Döyüşkən oğul - FOTO
Qəbələ rayonunun Seyidqışlaq kənd sakini 44 günlük Vətən müharibəsinin qazisi Vüqar Müzəffərovun şəninə xoş duyğularımla.

Döyüşkən oğul.
Xain düşmən gözünə baxa-baxa,
Gözlərindən qanlı yaş axa-axa,
Ağrılardan dilini sıxa-sıxa,
Qoymadın düşməndə qala qisası,
İgid adın qəhrəman tək qalası.

Füzuli, Şuşada izin var izin,
Haqqları görməyə gözün var gözün,
Xocavənddə gəzən sözün var sözün,
Ay el obamın vüqarlı balası,
İgid adın qəhrəman tək qalası.

Ananı səslədin bərk ayaqda sən,
Daşlaşdın qəzəbdən hər sınaqda sən,
Durmadın dar gündə heç qıraqda sən,
Nazını çəkir elimin sonası,
İgid adın qəhrəman tək qalası.

Şükür bu günə de yarın yanında,
Sönməyən eşqin var yaşar canında,
Böyük bir məna var sənin adında,
Gör neçə Vüqarlar izin salası,
İgid adın qəhrəman tək qalası.

Sən qazisən, döyüşçüsən, igidsən,
Vaxtsız düşdü o, saçlara oğul dən,
Bu şeirim bir hədiyyədir məndən,
Oxuduqca ellər yada salası,
İgid adın qəhrəman tək qalası.

Bu dünyanın gərdişidir biləsən,
Haqqsızlığı tarixlərdə siləsən,
Vətəni azad gördükcə güləsən,
Ay elimin qeyrətli balası,
İgid adın qəhrəman tək qalası.

Şəhlayam sizləri övladım sandım,
Gözdən axan yaşa ana tək yandım.
Dərd görən gözlərdə dərdlə susandım,
Bilirəm sağalmaz Vətən yarası,
Vətənimin alınmayan qalası,
İgid adın qəhrəman tək qalası.


Şəhla Xəlilqızı.
"Qəbələnin səsi" ədəbi birliyin rəhbəri

Şəhla Xəlilqızı. "Qəbələnin səsi" ədəbi birliyin rəhbəri:   Döyüşkən oğul - FOTO

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031