
Xəbərlər
23.02.2023, 22:10
PÜSTƏ RƏVAN: GÖRMƏDİM - FOTO
GÖRMƏDİM
Soldu çiçək kimi ötən illərim,
Olmadı əlac da səndən yarına.
Yandı məhəbbətdən ürək sözlərim,
Düşmədi işıq da arzularıma.
Həsrət oldu ötən günlər ömrümə,
Özün səpdin o kədəri yoluma.
Səni xəyal kimi ötürdü illər,
İnsan tək yanmadın onda halıma.
Danışırdı, mən susduqca ürəyim,
İşıq dolu həyat gəzdim aradım.
Mən baxdıqca yaşlanırdı gözlərim,
Göz yaşıyla ürəyimi sarıdım.
Həyat mənə rəva bildi bunları,
Arzulardan bir çələngdə hörmədim.
İstəyənlər əzizlərim çox idi,
Mən heç kimi ətrafımda görmədim.
Göz yaşlarım dəniz oldu axdıqca,
Göynədirdi ürəyimi yormadım.
Qaldım həsrət çox sevdiyim insana,
Sağa baxdım, sola baxdım görmədim.
Olmadı əlac da səndən yarına.
Yandı məhəbbətdən ürək sözlərim,
Düşmədi işıq da arzularıma.
Həsrət oldu ötən günlər ömrümə,
Özün səpdin o kədəri yoluma.
Səni xəyal kimi ötürdü illər,
İnsan tək yanmadın onda halıma.
Danışırdı, mən susduqca ürəyim,
İşıq dolu həyat gəzdim aradım.
Mən baxdıqca yaşlanırdı gözlərim,
Göz yaşıyla ürəyimi sarıdım.
Həyat mənə rəva bildi bunları,
Arzulardan bir çələngdə hörmədim.
İstəyənlər əzizlərim çox idi,
Mən heç kimi ətrafımda görmədim.
Göz yaşlarım dəniz oldu axdıqca,
Göynədirdi ürəyimi yormadım.
Qaldım həsrət çox sevdiyim insana,
Sağa baxdım, sola baxdım görmədim.
PÜSTƏ RƏVAN
23.02.2023
23.02.2023
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay