
Xəbərlər
7.02.2023, 10:36
PKK terrorçuları Türkiyə sərhədini atəşə tutdu

PKK/YPG terror təşkilatı Türkiyə sərhədini atəşə tutub.
Turaztv.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, təşkilat üzvləri Suriyanın Tel Rıfaat şəhərindən Türkiyənin sərhəd bölgəsinə atəş açıblar. Terrorçuların hədəfləri atəşlə susdurulub. Türkiyə hərbçiləri arasında itki olmayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay