Fransızlar üçün uğurlu matç, Levandovskidən təsəlli qolu FOTOREPORTAJ

Baxış Sayı:81

Fransızlar üçün uğurlu matç, Levandovskidən təsəlli qolu FOTOREPORTAJ
Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Polşa millisi ilə oyunda dubl edən fransız hücumçu Kilian Mbappe komandasının mərhələ adlamasında böyük pay sahibi olub (3:1). İlk qolun müəllifi Fransa yığmasının üzvü Olivye Jiru isə komandanın tarixinə düşüb. İkinci hissəyə əlavə edilmiş vaxtın sonuncu dəqiqəsində Fransa millisinin qapısına təyin olunmuş penalti zərbəsini Robert Levandovski dəqiq yerinə yetirərək Polşa millisinin təsəlli qolunu vurub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yığmada vurduğu qolların sayını 52-yə çatan O.Jiru Tyerri Anrini qabaqlayaraq Fransa millisinin ən sərrast futbolçusu adına sahib olub. T.Anrinin hesabında 51 qol var.

K.Mbappe dubl edərək dünya çempionatlarında qollarının sayını 9-a çatdıraraq Lionel Messi ilə eyni göstəriciyə nail olub. Fransız hücumçu 11 oyuna 9 qol vurubsa, Messi isə bunu 23 matçda bacarıb. Uve Zeeler, Karl-Hayants Rummeniqqe (Almaniya), Roberto Baco, Paolo Rossi, Kristian Vyeri (İtaliya), Jairzino, Vava (Braziliya), David Vilya (İspaniya) və Eysebio (Portuqaliya) da dünya çempionatlarında eyni sayda qol vurublar.

K.Mbappe, həmçinin dünya çempionatının bombardirlər siyahısına başçılıq edir. Futbolçu 5 qolla birincidir. Messi, Alvaro Morata, Kodi Qakpo, O.Jiru, Markus Raşford və Enner Valensiya (mübarizəni dayandırıb) cari çempionatda 3 qol vurublar.

Fransa millisi ardıcıl üçüncü dəfə dünya çempionatlarının dörddəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC Fransa – Polşa oyunundan maraqlı görüntüləri təqdim edir. Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR