Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

Baxış Sayı:84

Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO
Son zamanlar oynaq ağrılarından əziyyət çəkən insanların sayı artır. Hərəkət məhdudiyyəti verən bu kəskin ağrıların səbəbi artrit və artoz kimi xəstəliklərdir.
Daxili xəstəliklər və revmatologiya uzmanı Sarvan Ağamuradov mövzu ilə bağlı “Kaspi” qəzetinə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

- Son zamanlarda artrit və artroz kimi xəstəliklərin yayıldığını müşahidə edirik. Sizcə, niyə belədir?
- Əslində, artrit xəstəliyinin özü yox, sadəcə fərqindəliyi artıb. Son illərdə tibbin, texnologiyanın, yeni müayinə metodlarının artması ilə bağlı artritə səbəb olan xəstəliklər artmaqdadır. Artrozda isə son illərdə artım var. Əsas səbəblər müasir dünyamızın bəlası olan hərəkətsizlik, fastfudlar, hazır yeməklər, çəki artımıdır.
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

- İki xəstəliyi bir-birindən fərqləndirən nədir?
- Artrit oynaq iltihabıdır. Bədənimizdəki oynaq boşluqlarında maye toplanmasıdır. Bəzən orqanizm heç bir zədə olmadan bu mayeni özü yaradır. Oynaq - oynağı təşkil edən sümüklərdən, onu örtən qığırdaq təbəqəsindən, bunları əhatə edən sinovial qatdan və bunların hamısının üzərini örtən oynaq kapsulundan ibarətdir. Oynağın içərisində özünün ifraz etdiyi sinovial maye var. Həmin maye bizim oynaqlarımızın hərəkətini təmin edir. Bu maye bir növ maşın mühərrikində yağın oynadığı rolu oynayır. Hər hansı bir səbəbdən sinovial mayenin iltihablaşması və ya çoxalması artritə səbəb olur. Revmatoid artrit artritlər içərində ən çox yayılanıdır. Amma 50 yaşdan yuxarı ən çox yayılan oynaq xəstəliyi artrozdur. El arasında buna oynağın kirəcləşməsi deyirlər. Artroz zamanı qığırdağın azalması, oynaq məsafəsinin azalması və iki sümüyün bir-birinə yaxınlaşması müşahidə olunur. Artroz daha çox xanımlarda rast gəlinir. Çəkinin çox olması, erkən yaşda klimaks, ağır şəraitdə iş və ya oynağa çox yük düşən işlərlə məşğul olmaq buna səbəb olur. Piano ifaçıları, kompüterdə işləyən, hörgüylə məşğul olan xanımlarda əl osteoartriti, çox kilolu və daha çox ayaqüstu işlərdə çalışan insanlarda isə güc dizə düşdüyü üçün daha çox diz oynağı artrozu olur. Bu iki xəstəlik arasında nə qədər fərq olsa da, bağlılıq da var. Belə ki, artrit artrozu sürətləndirir. Yəni oynaq iltihabı qığırdağın da zədənlənməsinə gətirib çıxardır. Artrozun ən çox olduğu oynaq diz, əl, bud-çanaq, onurğa sütunu, həmçinin də, ayaq və əl biləyi, çiyin oynağıdır. Ağır çəkili insanlarda ən çox aşağı ətraflar zədələnir. Bəzən erkən yaşlarda da artroz yarana bilər və çox vaxt xəstənin 1-ci dərəcəli yaxınlarında da erkən yaşda artroz hekayəsi olduğu görünür. Yəni xəstəlik genetik olur. Birincili, yəni hər hansı bir oynaq xəstəliyinə bağlı olmayan artrozlarda çox vaxt səbəb bilinmir. Olur ki, gənc yaşda bir travma alırsan, lakin orqanizm cavandır deyə bunu hiss etmirsən. Ancaq bu travma toxumanın və ya qığırdağın daha erkən sıradan çıxmasına gətirib çıxardır.
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

- Bu xəstəliklərin əlamətləri nədir?
- Əslində, artrit növlərinə görə çox dəyişkən bir xəstəlikdir və əlamətləri də müxtəlifdir. Amma əgər iltihablı bir proses, yəni artrit varsa, xəstə oynağında şişkinlik, qızartı, müəyyən qədər istilik hiss etməlidir. Bu zaman oynağın funkisonallığı azalır, insan normal iş görə, hərəkət edə bilmir. Şişkinlik olmadan da ağrı başlaya bilər. Ağrı daha çox gecələr və səhər saatlarında olur. Artrozda isə tam əksinədir. Yəni insan istirahətdə az, hərəkətdə daha çox ağrı hiss edir. Məsələn, deyir ki, oturanda yaxşıyam, duranda ağrı hiss edirəm, 5-10 dəqiqə hərəkətdən sonra özümə gəlirəm. İltihablı xəstələrdə səhər tutulmaları çox olur, hətta bəzən günortaya, axşama qədər çəkir. Gecə ağrılar olur, xəstə rahat ola bilmir. Artrozda da belə əlamətlər ola bilər, amma qısamüddətli olur.
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

- İltihabı nə yaradır bəs?
- Bakterial mənşəli septik artritdən və sidik turşusu mübadiləsinin pozulması səbəbindən yaranan artritlərdən başqa digər artritlər, demək olar ki, autoimmun mənşəlidir. Belə ki, genetik meyilli olan insanlarda bildiyimiz və bilmədiyimiz ətraf mühit amilinin təsirindən sonra (viral ve bakterial infeksiyalar, tütün məmulatlarının qəbulu, ağız boşluğunun gigiyenasının pozulması, bağırsaq mikroflorasının dəyişməsi və s.) bədəndə anticisimlər əmələ gəlir və zamanla bu anticisimlər bilinən və bilinməyən ikinci faktor sonrasında oynaqda iltihabın yaranmasına səbəb olur.
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

- Bu xəstəliklə üzləşənlərin xüsusi qidalanmaya, pəhrizə ehtiyacı varmı?
- Hər iki xəstəlik üçün xüsusi bir pəhriz və ya qidalanma yoxdur. Amma duz və şəkər mütləq azaldılmalıdır. Daha çox meyvə və tərəvəzə üstünlük verilməlidir. Xəstə kiloludursa, çəki atması məsləhətdir.
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

- Müalicə necə aparılmalıdır?
- Artritin türkəçarə ilə müalicəsi yoxdur. Artrit xəstələri bitkisəl müalicə, zəli müalicəsi, ozonoterapiya və hicamadan fayda görməzlər. Aktiv artrit xəstələrinə fizioterapiya, isti prosedurlar, vannalar məsləhət deyil. Ara dönəmlərdə, bəlkə də, olar, amma qərarı revmatoloq verməlidir. Artritə səbəb olan xroniki xəstəliklərdir və buna görə də müalicəsi kompleks və uzunmüddətli aparılmalıdır. Ümumiyyətlə, müalicə ciddi həkim nəzarəti altında və davamlı olmalıdır. Artritdə müalicə bəzən illər boyu davam edir. Artrozda müalicədən daha çox profilaktika və həyat tərzi dəyişikliyi önəmlidir. İkincili artrozun profilaktikası, yəni qarşısının alınması artroza səbəb olan oynaq iltihabının, yəni artritin vaxtında və düzgün müalicə edilməsidir. Səbəbi bilinməyən artrozlarda profilaktika, artıq çəki varsa arıqlamaq, kökəlməmək, oynaq üzərinə düşən yükü artıran ağır işlərdən və ağır idman hərəkətlərindən uzaq durmaq, yoxuş çıxma, pilləkənlə qalxma-düşmə kimi hərəkəkətlərdən, uzunmüddətli yeriməkdən, qaçmaqdan və uzun müddət ayaq üstə qalmaqdan uzaq durmaq lazımdır. Artrozun erkən mərhələsində dərmanla müalicəsi, əsasən, simptomik və dəstək xarakterlidir. Son mərhələlərdə (3-4-cü mərhələ) isə tək müalicə seçimi cərrahi müdaxilədir.
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

- Naftalan vannalarının artritə, artroza xeyri varmı?
- Naftalan vannalarının artritə heç bir faydası yoxdur. Oynaqlarda onsuz da iltihabi proses gedir, şişkinlik, qızarıqlıq, istilik var, sən də ora bir az da istilik verirsənsə, xəstəliyin artması üçün münbit şərait yaranmazmı? İsti prosedurlar zamanı damarlar genişlənir, oynağa daha çox qan axımı olur və iltihab artır. Artrozda isə Naftalan vannası qəbulu birmənalı deyildir. Ciddi bir göstəriş və ya əks göstəriş yoxdur. Bəzi xəstələr qısamüddətli də olsa, xeyrini görə bilər.
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

- Revmaztizm ilə revmatoid artritin bir əlaqəsi varmı? Bəzən revamztizmi onun sələfi adlandırırlar.
- İki xəstəlik arasında heç bir əlaqə yoxdur. Revmatizm adında bir xəstəlik yoxdur. Bu xəstəlik kəskin revmatizmal qızdırmadır. Uşaq vaxtı keçirdiyimiz streptakok mənşəli boğaz infeksiyası sonrasında bədəndəki mikroba qarşı yaranmış olan anticisimlərin çarpaz reaksiyası səbəbi ilə oynaqlarda və ürək toxumalarında iltihab yaranır. Müalicəsində antibiotiklərdən istifadə olunur, uzunmüddətli antibiotik profilaktikası davam edilir. Oynaqlardakı ağrı keçicidir, oynaqda xroniki dəyişiklik getmir, deformasiyalar yaranmır. Revmatoid artrit isə yaranmasında streptokok mənşəli infeksiya rol oynamayan, müalicəsində heç vaxt antibiotik istifadə olunmayan, oynaqlarda uzunmüddətli, xroniki, ağır, deformasıyalara səbəb ola bilən iltihabi xəstəlikdir. Uşaq vaxtı kəskin revmatizmal qızdırma keçirənlərdə böyüyəndə revmatoid artrit yaranmır. Bu iki xəstəlik biri digərinin davamedicisi deyildir.
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO
Son zamanlar artan oynaq ağrılarının səbəbi nədir? - həkimlə MÜSAHİBƏ + FOTO

Oxşar xəbərlər
SON XƏBƏRLƏR