Xəbərlər / Nesr
28.11.2022, 00:46
DÖVRÜN AKTUAL PROBLEMİ-İNTİHAR -FOTOLAR
DÖVRÜN AKTUAL PROBLEMİ-İNTİHAR
Sonu ölümlə nəticələnəcəyini bilərək seçilən hər hansı bir üsulun birbaşa yada dolayı ölümünə intihar deyilir.İntihar bir şəxsin özünə qətlə yetirməsidir.Birinci gələk islamda İntihara münasibətə.QuraniKərimdə belə bir fikir var.Allahın rəhmətindən ümidinizi üzməyin.Çünki Allahın rəhmətindən ümidini kəsənlər onu tanımayanlar Dəstəsidir.Yəni bir insana ömrü verən Allahdır və o ömrüdə Allah almalıdır.Necə onun sayəsində dünyaya göz açmışıqsa onun əmri ilə də ,öz əcəlimizlə haqq dünyasına qovuşmalıyıq.Qısa desək intihar etmək haramdır.Dinimiz intiharı qadağan etmiş,bunu böyük günahlardan biri sayır. Gələk intiharların səbəbinə. İnsanların özünə qəsd etməsi onun psixoloji problemləri ilə bağlıdır. Həmin şəxslərin özünə qapanması nəticəsində baş verir və bu da insanları intihara sürükləyir.Ona görə intihar etmək məcburiyyətində olan insanlar mütləq başqa biri ilə Dərdini bölüşməlidir.Bu insanı bir azda olsa rahatladar və özünə qapanmanın qarşısını alar. Psixoloqa müraciət etmək daha məqsədəuyğundur. Azərbaycan da intiharların sayı getdikcə artır.Əsas səbəbləri: sağalmaz xəstəliyi olan, o cümlədən ruhi xəstələr, ailə üzvlərinin vəfatından depressiya keçirən, Narkomaniyaya düçar olmuş, ali məktəbə daxil ola bilməyən şəxslər. Eyni zamanda, məcburi evləndirmə, ailə münaqişəsi, maddi Durumun ağır olması, internetdən asılılıq səbəbindən özünə qəsd faktları da qeydə Alınıb. Az bir qismidə maddi vəziyyətlə bağlıdır. İndiki dövrün ayrıca problemi olan erkən nigah da intihara səbəb ola bilər.Bəzi cahil valideynlər uşaqlarının fikirini öyrənmədən onları erkən nigaha məcbur edirlər.Onları Oxumağa,təhsil almağına imkan vermirlər.Öz uşaqlarının fikirlərini önəmsəmirlər və bunun nəticəsi olaraq həmin gənclər çıxış yolunu intiharda görürlər. Üzümü belə valideynlərə tutub demək istəyirəm ki övladlarınızla yaxın Olun, onların fikirlərini önəmsəyin,ən yaxın dostu,sirdaşı siz olun . Son olaraq da qeyd etmək istəyirəm ki, Allah bizə gözəl həyat bəxş edir.Çalışaq Yaşadığımız ömrün dəyərini bilək.
Ömrümüzü intihara cəhd etməyək.Çünki intihar etməklə ən çox özümüzə zərər veririk.Bir anlıq əsəbə,sinirə görə neçə illik həyatımızı qurban etməyək!
NİGAR İMAN
BAKI DÖVLƏT UNİVERSİTETİNİN JURNALİSTİKA FAKÜLTƏSİNİN 3-CÜ KURS TƏLƏBƏSİ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay