QMİ-dən İranın təhdidlərinə ETİRAZ


Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır.

Bu barədə QMİ-nin bəyanatında bildirilir.

"Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa, biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli - Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan, «şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər", - bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub: "İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir".

Son xəbərlər

Antonio Espinos növbəti dəfə Avropa Karate Federasiyasının prezidenti seçilib

Argentinada 6,5 bal gücündə zəlzələ olub

Koventri Universitetində Azərbaycandakı biznes mühitindən danışılıb

Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər

Ekoaksiya: Ötən gün 90 avtomobilin ərazidən sərbəst keçidi təmin edilib - FOTO

Millimiz Avropa çempionatının əsas seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Tanınmış prodüsser Oqtay Əliyev yol qəzasında DÜNYASINI DƏYİŞDİ - FOTOLAR

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Ramazan bayramı ilə bağlı neçə qeyri-iş günü olacaq? - TƏQVİM

Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 13 nəfər öldü - Yenilənib

Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı

Sabah hava necə olacaq?

Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər

Bu gün Ümumdünya Su Günüdür

“Biz sizinlə aşağı səviyyədə rəqabət etmək istəmirik” - “Qalatasaray”ın prezidenti

Türkiyədə prezident seçkiləri üçün 11 namizədin adları açıqlanıb - SİYAHI

Laçın-Xankəndi yolundakı aksiyanın 101-ci günü

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 4 nəfər ölüb, 150-yə yaxın insan yaralanıb

Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib

Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən bədii gimnastlar iştirak edəcəklər

Pakistan Prezidenti Novruz bayramı münasibətilə Azərbaycan Prezidentini və xalqımızı təbrik edib

Ekoloji aksiyanın davam etdiyi 100 gün ərzində 5 minə yaxın avtomobil Laçın- Xankəndi yolundan maneəsiz keçib - FOTO

Milyarderləri özünə aşiq edən yəhudi əsilli rus gözəlinin 5 hiyləsi - FOTO

Ukrayna Prezidenti Yaponiyanın Baş naziri ilə görüşüb

Əfqanıstanda 6,5 bal gücündə zəlzələ olub

Stolüstü tennisçilərimiz Türkiyədə iki medala sahib olublar - FOTO

Küveytin “Oxford Academy” məktəbində “Beynəlxalq Gün” adlı mədəni tədbir keçirilib - FOTO

Bütün xəbərlər
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031