27 SENTYABR - ANIM GÜNÜNƏ

Baxış Sayı:105

27 SENTYABR - ANIM GÜNÜNƏ
Nəzər salıb tarixlərə,
Oturmuşam düşüncəli.
Qulagımda cəngi, nərə,
Qılıncdadır düşmən əli...

Nələr çəkib gör başımız ...
Biz nələri yaşamadıq ?
Alıb ən agır yükləri,
Çiynimizdə daşımadıq ?

Prometey də çəkə bilməz,
Bizim xalqın çəkdiyini.
Min illər də silə bilməz,
Düşmənlərin çəkdiyini...

Cəngi üstə çalınıbdır,
Hər zaman ana laylamız...
Qanlar ilə allnıbdır,
Dagımız, düzümüz, yaylamız...

Nə dayanır, başa çatır,
Nə son bulur qanlı tarix..
Nə analar rahat yatır,
Nə də biz rahat olarıq...

Yüz illərdir davam edir,
Bu müsubət, bu qan - qada,
Ogullar döyüşə gedir,
Bənzəri yox bu dünyada...

Bax bu gün də qara bulud,
Çəkilməyib aramızdan,
Savaşdadır yenə bu Yurd,
Qan sızılır yaramızdan .

Yenə tökülür qanımız,
Şəhid olur ogulları.
Bu yurda qurban canımız ! -
Deyir Vətən ogulları.

Düz otuz il əsir qaldı,
Qarabagım ermənidə,
44 gündə azad etdi,
İgidlər onu necə də !!!

Bəli ! Cəmi 44 - günə,
Tarix yazdı Şanlı Ordum,
Qarabagım döndü yenə,
Bayram etdi Ana Yurdum.

Yox ! Biz asan qazanmadlq,
Bu şərəfli qələbəni !!!
Qanı görüb dayanmadıq,
Qanla aldıq bu Vətəni !

Şəhidlərin qanı vardlr,
O yerlərdə, o torpaqda !
Hələ bizə intizardır,
Neçə oba Qarabagda.

Bax bu gün də davam edir,
Qanlı savaş bu torpaqda,
Neçə ogul qurban gedir,
Tarix yazır Qarabagada.


QIZBƏS QƏBƏLƏ

27 SENTYABR - ANIM GÜNÜNƏ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR