İlham Əliyev Kralı təbrik etdi


Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi dialoqumuz, dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsi əməkdaşlığımızın hərtərəfli inkişafına böyük töhfə verir. Hazırda bu xoş ənənələr üzərində qurulan, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur.

Qardaş ölkənizin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi iqtisadi sahədə, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarımızı daha da artırmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi bərpaolunan enerji sahəsində səmərəli əməkdaşlığımızın bariz nümunəsidir.

Əminəm ki, qardaş xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq münasibətləri, güclü İslam həmrəyliyinə əsaslanan ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə genişlənəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Ağ ev: ABŞ Rusiyanı rəqib və əleyhdar hesab edir

“Liverpul” 113 ildən sonra ilk dəfə start heyətində ingilis futbolçu olmadan meydana çıxıb

Zelenski: Kiyev ABŞ-dan təbii ehtiyatlarla bağlı saziş layihəsi alıb

Poroşenkoya yeni sanskiyalar tətbiq edildi

Bakı-Tbilisi-Bakı qatar reysi bərpa edilir? - Prezidentlə müzakirə olunub

DİN: Yasamal rayonunda yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb

Trüdo: Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq

Putinlə telefon danışığından sonra azadlığa buraxıldı

Erməni general evində ölü tapıldı

Ukraynada daha bir azərbaycanlı həlak oldu - Fotolar

Salyan xəstəxanasının şöbə müdiri 48 yaşında dünyasını dəyişdi

Futbol agenti "Barselona"nı məhkəməyə verəcək

Şamil Buksayev dünyasını dəyişdi

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

"Fənərbağça"nın yeni transferi Rusiya klubuna transfer olunub

Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb

NATO-nun Baş katibi: Türkiyənin müdafiə sənayesinin təməli çox güclüdür

Tramp Ukraynadakı müharibədə “milyonlarla insanın ölümünün dayandırılması”nın tərəfdarı olduğunu bildirib

"Bir gece masalı"nda ayrılıq - FOTO

Üç ildən sonra telefonla danışdılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar - Yenilənib

UEFA bu klublarımıza maliyyə ayırdı

Suriya XİN rəhbərini ölkəsinə dəvət etdi

19 ildən sonra birgə foto paylaşdılar - FOTOLAR

III MDB Oyunları Xankəndidə də keçiriləcək

Qanunsuz sərnişin daşıyan taksi sürücüləri - 5 sutkalıq həbs olundu

ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 4,1 milyon barel artıb

Rusiyanın müdafiə xərcləri Avropanın analoji xərclərini ötüb

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728