Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə Ermənistanın davamlı təxribatları barədə fikir mübadiləsi aparıb

Baxış Sayı:82

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə Ermənistanın davamlı təxribatları barədə fikir mübadiləsi aparıb
Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla yanaşı, tərəflər Ermənistanın davamlı təxribatları, bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR