"Qəbələnin səsi"ədəbi birliyin tənqitçi şairi hər kəsin sevimlişi şəhid atası Cəlil Xeyirbəyin bu gün doğum günüdür

Baxış Sayı:156

"Qəbələnin səsi"ədəbi birliyin tənqitçi şairi hər kəsin sevimlişi şəhid atası Cəlil Xeyirbəyin bu gün doğum günüdür
Doğum günün mübarək Cəlil Xeyirbəy. "Qəbələnin səsi"ədəbi birliyin tənqitçi şairi hər kəsin sevimlişi şəhid atası Cəlil Xeyirbəyin bu gün doğum günüdür. Cəlil müəllimi birliyimizin və onu tanıyan bilən hər kəsin adından təbrik edirik. Allahdan ona səbir və dözüm arzu edirik. Birliyimizin başından Allah sizi əksik eləməsin. Uzun ömür can salığı arzu edirik hörmətli Cəlil müəllim.
Qəbələ mahalın söz xəzinəsi,
Sanki bulaqlar tək sözlü sinəsi,
İncitməz dilindən heç bircə kəsi,
Təbin sinəndə alışır şair
Qələmin eldən-eli dolaşır şair.

Yoğrulan kalamın mayası qaynar,
Sözə xilaf gətsə söz ilə yonar,
Dosta qəhmər çıxıb qəlbi tək sanar,
Qədər, qismətiylə barışır şair,
Sözün eldən-eli dolaşır şair.

Dumanlı dağlar tək dolur boşalır,
Küskün qəlbi ilə könüllər alır,
Halını soruşsa xəyala dalır,
Oğul həsrətiylə alışır şair,
Sözün eldən-eli dolaşır şair.

Qanadı qırılan o, arzu dilək,
Göz yaşa bələndi susmayan ürək,
Şəhid atası tək yazdı o, fələk,
Xeyirbəy adını daşıyır şair
Sözün eldən-eli dolaşır şair.

Şəhla başqa cür vəsf bil edə bilməz,
Sinəyə çəkilən dağ gedə bilməz,
İçində dərd olan gülə də bilməz,
Küskün taleyi ilə barışır şair,
Sözün eldən-eli dolaşır şair.


Şəhla Xəlilqızı
"Qəbələnin səsi" ədəbi birliyin rəhbəri.

"Qəbələnin səsi"ədəbi birliyin tənqitçi şairi hər kəsin sevimlişi şəhid atası Cəlil Xeyirbəyin bu gün doğum günüdür

Oxşar xəbərlər
SON XƏBƏRLƏR