Yaxın günlərdə toyu olacaqdı: Şəkidə qarğıdalı yeyən gənc öldü

Baxış Sayı:72

Yaxın günlərdə toyu olacaqdı: Şəkidə qarğıdalı yeyən gənc öldü
Şəkidə qarğıdalı yeyən gənc vəfat edib.

"Qafqazinfo"nun məlumatına görə, Şəki rayonunun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V.Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V.Mustafayevə həkimlər intensiv olaraq tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 28 yaşlı Mustafayev Vüqar Möhlüd oğlu nişanlı idi, bu yaxınlarda toy edəcəkdi.


BiG.Az
Mənbə: big.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR