Azərbaycanda üç ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü, oğlan öldü - FOTOLAR

Baxış Sayı:102

Azərbaycanda üç ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü, oğlan öldü - FOTOLAR
Xəbər verdiyimiz kimi, Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis Rauf Bəkirov yol qəzasında dünyasını dəyişib.

Turaztv.az Metbuat.az-a istinadən xəbər verir ki, Qafqazinfo hadisənin təfərrüatlarını əldə edib. Belə ki, ağır qəza ötən gün Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində, Kürdəmir-Zərdab yolunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Bəkirov Rauf Kamal oğlunun idarə etdiyi "Hyundai” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən "TR-045” markalı traktorla toqquşub. Daha sonra Raufun sürdüyü minik avtomobili qarşıdan gələn "Ford Transit”ə toxunaraq yolun kənarına aşıb. Nəticədə R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
Bildirilir ki, R.Bəkirov "Binə Agro” şirkətində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.

Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR