QİSAS - Elxan ÇIRAQLI

Baxış Sayı:442

QİSAS - Elxan ÇIRAQLI

Tofiq doktor üç il olardı ki,xəstəxanada baş həkim vəzifəsində işləyirdi. Xəstəxana rəhbəri kimi kollektivdə heç sən deyən əməlli başlı hörməti də yox idi.Bunun da səbəbləri var idi.Tamahgirlik,pula hədsiz hərislik,o boyda kişinin şəxsiyyətini heçə endirmişdi.Hündürboy,enlikürək,iri qara gözləri,dodaqlarının üstündə lopa,qara bığlarının olması kənardan onu tanımayanların təsəvvüründə ciddi vəzifə adamı olmasına şübhə yeri qoymurdu.Boynundakı bahalı qalstukun zərlərinə günəş şüaları bərq vurduqca adamın gözü qamaşırdı.Danışıb güləndə ağzındakı qızıl dişlərin parıltısı da diqqəti cəlb edirdi.Alabəzəklik doktorun ağız və sinə nahiyəsində dövr edirdi.Bu əlamətlər istər- istəməz, onu daim diqqət mərkəzində saxlayırdı.Daxili keyfiyyətlərindən danışmağa gəldikdə isə bu barədə nəsə deməyə adamın vaxtına heyfi gəlirdi.Xəstəxana işçiləri doktoru yaxşı tanıyır, onun xarekterinə " əllərinin içi" kimi bələd idilər.Ona görə onunla üz- üzə gəlmək belə istəmirdilər. Dəhlizdə təsadüfən onunla qarşılaşdıqları halda dilucu salamlaşaraq üzlərini yana çevirirdilər. Bu narazılıq ağxalatlıların simasında aydın görünürdü. O isə buna əhəmiyyət vermir, özünü görməməzliyə vururdu. Heç nə olmamış kimi, "Salam, necəsiniz, probleminiz yoxdur ki?" deyib saxta təbəssüm yaradaraq işçilərin qayğıları ilə maraqlanan,qayğıkeş rəhbər" görüntüsü yaratmağa çalışırdı. Deyilənlərin "boğazdan yuxarı"olduğunu isə hamı yaxşı başa düşürdü.
Yayın isti günlərindən biri idi. Səhər saat doqquza iyirmi dəqiqə qalmış baş həkim işə gəldi.Maşından düşüb həyətdə var- gəl etməyə başladı. Qızıl güllərin xoş ətri uzaqdan adamı məst edirdi.O həyətdə yaşıl mənzərəyə xeyli tamaşa etdi. Sonra qızıl güllərdən birini özünə tərəh əyərək doyunca qoxuladı. " Bəh- bəh" deyərək başını yırğaladı. Bir az aralıda isə yaşlı bağban sıra ilə düzülmüş ağacları suvarırdı. İsti havada dilsiz ağaclar gözlərini bağbana dikib su içmək üçün növbə
gözləyirdilər. Ağacların doyunca su içib cana gəlməsinə tamsa etdikcə bağbanın həyat eşqi , yaşamaq eşqi daha da artırdı. Arabir əsən zəif külək ağacların gövdələrini qabağa əyir,sonar isə dikəldirdi. Ağaclar, onlara həyat verən mərhəmətli insana " baş əyməklə ,sanki "minnətdarlıq" edirdilər. Təzada bir bax. İnsanlar isti günəş şüalarından qorunmaq üçün ağac kölgəsini özlərinə məkan seçirlər. Yağışlı havada da ağacların gövdə və yarpaqları " xilaskar"rolunu oynayır. Ağacların özlərini də insan nəfəsinə möhtac qaldığı zamanlar olur. Onlara qulluq etmək, suvarmaq, nəvaziş göstərmək lazım gəlir. " Təbiət gözəli" də ona göstərilən qulluğun əvəzini qaytarmağı heç zaman unutmur. Bu mənzərə əsrlər boyu " Əl əli yuyar, əl da qayıdıb üzü" kimi şınaqdan çıxmış atalar məsəlini həyatda öz təsdiqini daha da möhkəmləndirmiş olur.
Saat doqquzu ötürdü. Xəstəxana həyəti yavaş - yavaş insanlarla dolmağa başladı. Xəstəliklərdən canını qurtarmaq, səhhətindən şikayətçi olan insanlar şöbələrin qarşısına toplaşaraq həkim gözləyirdilər.
Tofiq həkim qolundakı saata baxdı. Ətrafa bir daha nəzər yetirərək ağır addımlarla otağına tərəf getdi. Bir- iki pilləkən yuxarı qalxmışdı ki, nə fikirləşdisə geriyə döndü.Əl sumkasın maşından götürüb birbaşa otağına qalxdı. Yerini rahatlayar- rahatlamaz katibədən çay istədi. Çay içə-içə monitordan şöbələrin qarşısına toplaşan insanları seyr etməyə başladı.
İnsanlar yaxın adamlarından bir kimsənin sağalmaz xəstəliyi olanda, bir də doğmalarının qəbrlərini ziyarət edərkən baş daşı ilə üz- üzə qalanda məzlumlaşır, yazıqlaşırlar. Qəlbindəki pis niyyətləri qovub çıxarmağı, imkansızlara əl tutmağı, hamıya yaxşılıq etməyin hər zaman lazım olduğunu düşünür. Dünyanın fani olduğunu, hər kəsin son məkanı qara torpaq olacağını dərk edir. Ancaq oradan bir addım kənara ayaq basan kimi , düşündükləri elə oradaca qalır, yaddan çıxır, unudulur.
Xəstəxana həyatı adama başqa dünyanı xatırladır. Burada xəstə sahibləri fikirli halda o tərəfə-bu tərəfə gəzişirlər. Kimisi tələm- tələsik dava- dərman dalınca, apteklərə qaçır, bəziləri xəstənin vəziyyətini öyrənmək üçün gözlərini intizarla həkimlər otağına dikir. Reanimasiya şöbəsində isə , şiddətli ağrılara tab gətirə bilməyən xəstələrin qulaqbatıran qışqırtı səsləri adamın sümüklərini sızıldadır. Onlara kömək etmək üçün əlimizdən heç nə gəlmədiyinə görə,bəzən adam həyatda özünü aciz hesab edir. Vay o günə ki, xəstəxanada kimsə dünyasını dəyişə.
Yana- yana ağlamaqla başqalarının ürəyini kövrəldən kim. Əlinə keçən əşya ilə pəncərə şüşələrini sındıran kim. Dərdi ürəyində çəkən, hisslərini cilovlamaqla özünü ələ almağı bacaran insanlara, az da olsa, rast gəlmək mümkündür.
Təcili tibbi yardım şöbəsində idə ab- hava başqa cür idi. Burada yol qəzası, bıçaqlanma və ağır xəsarətlərlə daxil olan xəstələrin tam sağalması üçün yerindəcə pul ödənişi tələb olunurdu. Bu
olmadıqda, baş həkimin göstərişi ilə xəstələrin sağalması üçün hərtərəfli tibbi yardım
göstərilmirdi. Bəzi kateqoriyadan olan xəstələrə ayrılmış pulsuz dərmanlar, çox zaman öz sahibinə gedib çatmırdı.
İş vaxtının qurtarmasına az qalırdı. Axşam tərəfi yol qəzasında yaralanan bir gənci ağır vəziyyətdə xəstəxanaya gətirdilər. Gənc avtomobildə tək olduğundan yaxınlarından bir kimsənin hadisədən xəbəri yox idi. Yaralı çoxlu qan itirmişdi. Huşu da özündə deyildi. İşin təzadına bax ki, yaralını qəbul edən həkimin özü də təzə idi. Həvəslə insanların sağlamlığını yenicə qorumağa başlayırdı. Nəzəri bilik səviyyəsi qaydasında olsa da, iş təcrübəsi haqda müsbət nəsə demək , bir az yerinə düşmürdü. Yaralının valideynlərindən, yaxınlarından isə heç kəs gözə dəymirdi.
Vəziyyətlə bağlı o baş həkimlə danışdı. Tofiq doktor " bir az gözləyin,
yaxınlarından bir kəs ,bəlkə gələr" deyər tələsməməyi məsləhət gördü. Verilən cavab növbətçi həkimin rənginin dəyişməsinə səbəb oldu. Həyacanını aradan qaldırmaq üçün otaqda var- gəl etməyə başladı."Xəstəyə təcili qan vurmaq lazımdır. Bir az da geciksək , o həyatını itirə bilər. Xəstə ölərsə,günahkar mən olacağam. Hippokrat andı içmişəm kimi fikirlərdən canını qurtara bilmirdi. Bir neçə dəqiqə də keçdi. Otağın qapısı açıldı. Gələn böyük tibb bacısı idi. Yaralı gəncin ölüm xəbərini verdi. Bunu eşidən növbətçi həkim iki əlli başını tutdu." Xəstələrin adamlarına nə cavab verim? Onları aldadım? Yox, bu mümkün deyil. Vicdanım buna yol verməz - deyərək xəyalında özü özlüyündə sanki sual cavab edirdi. O birinci dəfə idi ki, üzləşdiyi çətin vəziyyətdə təkbaşına
qərar verməkdə çətinlik çəkirdi. Xeyli götür- qoydan sonra çıxış yolunu rəhbərliklə danışmaqda gördü. Ölən gəncin sənədlərini götürüb qanı qara halda baş həkimin otağına tərəf getdi. Tofiq doktor otaqda tək idi. Kiminləsə telofonda ucadan danışaraq gülür, əlləri ilə bığlarını sığallayırdı. O əl işarəsiylə gənc həkimə oturmaq üçün yer göstərdi. Tofiq doktorun kefi çox kök idi. Gənc həkim isə əllərini alnına söykəyərək bu gün olanları xatırlayaraq ürəyindən qara qanlar
axırdı. Baş həkim deyib gülməkdə davam edirdi. Növbətçi həkimin gözləməyə səbri çatmadı.Özünü sanki, havası çatmamış birisi kimi hiss edirdi. Ölən gəncin sənədlərini stolun üstünə qoyub sakitcə otağı tərk etdi.Çox gülmək xalq arasında hər hansı bir bədbəxt hadisənin baş verəcəyinin anonsu kimi yozulur.Bir çox insanlar bəzən qəh- qəh çəkərək gülən zaman " deyəsən çox güldüm, allah axırın xeyir etsin" deməklə sanki baş verə biləcək bədbəxt hadisənin qarşısını alacağını düşünürlər. Bir kimsə deyə bilməz ki, çox gülən insan, bir neçə dəqiqədən sonra hansı aqibətlə üzləşəcək.Mərhum xalq şairi Səməd Vurğunun keçən əsrdə yazdığı kimi ,"Cahanda hər hökmü bir zaman verir, dünən fərman verən bu gün can verir."
Tibb işçiləri palataları gəzərək reseptlə təyin olunan vaxtda xəstələri iynə və dərman perepatlarını verməyə hazırlaşırdılar. Bu vaxt ikinci mərtəbədə güclü qışqırtı səsi qopdu. Kimsə ürəkləri sızladan uca səslə hönkür- hönkür ağlayırdı. İşçilər xəstəxana həyatı üçün adi hal olduğundan belə mənzərəyə o qədər də əhəmiyyət vermirdilər. Ya bir xəstənin dünyasının dəyişdiyini, ya da ağır vəziyyətdə olduğundan qohumlarından kimsənin hisslərinə hakim ola bilməməsini düşündülər. Ətürpədici səs isə kəsilmək bilmirdi. Əksinə, daha da güclənirdi. Səsə xəstələr palatadan dəhlizə axışdılar. Ağlayan şəxs yalnız bir nəfər idi. Həkimlər nə baş verdiyini aydınlaşdırmaq, ağlayan şəxsi sakitləşdirmək üçün səs gələn tərəfə getdilər. İkinci mərtəbəyə qalxanda gözlərinə inanmadılar. Ağlayan Tofiq doktor idi. Saçlarını yolaraq oğlunu haraylayırdı.O boyda kişi balacalaşaraq yumağa dönmüşdü. Bir çox insanlar övlad sahibi olmaq üçün illərlə göz yaşı tökür, dodaqları çat verdiyi halda, tamahgirlik doktoru oğul qatilinə çevirdi. Qatilinsanları həyatdan məhrum edənə deyirlər. Fərq etməz. Silahla öldürsün, yaxud başqa vasitələrlə.Tofiq doktor öz nəfsi ilə yeğanə oğlunun qətlinə fərman verdi.
Həmişə evə gələndə onu birinci qarşılayan doğma oğlu , indi doktor üçün xəyala çevrildi.Düşünəndə k,i oğlunun üzünü bir daha görməyəcək , özünü qəfəsdə sinəsindən yaralanan qartal tək o tərəf bu tərəfə çırpınan kimi hiss edirdi. Yara isə sağalana oxşamırdı. Həyat ondan insanların talehləri ilə alver etdiyinə görə amansız qisas aldı. Övlad dağı ta onu qəbr evinə qədər yandırıb yaxacaq.
Bayırda isə çiskin yağış yağırdı. Sanki, göylər də gəncin vaxtsız ölümünə göz yaşlarlnı saxlaya bilmirdi....
QİSAS - Elxan ÇIRAQLI
QİSAS - Elxan ÇIRAQLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR