Hollivud aktyoru Denni Trexo "1521" adlı tarixi dramında Fernan Magellanı canlandıracaq

Baxış Sayı:82

Hollivud aktyoru Denni Trexo "1521" adlı tarixi dramında Fernan Magellanı canlandıracaq
Hollivud aktyoru Denni Trexo portuqaliyalı dəniz səyyahı Fernan Magellan haqqında tarixi dramda baş rol alıb.

AZƏRTAC daily.afisha.ru saytına istinadla xəbər verir ki, filmdə İspaniya dəniz səyyahı ekspedisiyasının heyəti ilə Filippinin Maktan adasının sakinləri arasında baş verən münaqişədən bəhs ediləcək.

Adanın sakinləri avropalılara tabe olmaqdan imtina edirlər, buna görə F.Magellanın başçılıq etdiyi dənizçilər ilə başçı Lapu-Lapunun ordusu arasında döyüş başlayır. Döyüş zamanı F.Magellan öldürülür və ekspedisiya onsuz başa çatdırılır.

Qeyd edək ki, ekran əsəri aktyor Maykl Koponun rejissor kimi debütü olacaq. O, həmçinin filmin əsas obrazlarından olan Filippin başçısı rolunu oynayacaq.

Filmin çəkilişlərinin avqustda başlanılması planlaşdırılır. Çəkilişlər Filippinin Palavan adasında keçiriləcək. "1521" filminin premyera tarixi isə hələ açıqlanmayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR