Azərbaycanda iyul-avqust aylarında keçiriləcək imtahanların başlama saatı dəyişdirilib

Baxış Sayı:153

Azərbaycanda iyul-avqust aylarında keçiriləcək imtahanların başlama saatı dəyişdirilib


Dövlət İmtahan Mərkəzi iyul və avqust aylarında keçiriləcək imtahanlarda iştirak edəcık şəxslərə müraciət edib.

DİM-dən bildirilib ki, iyul-avqustda keçiriləcək imtahanlar saat 11:00-da deyil, 10:00-da başlayacaq.

İmtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və onların buraxılış vərəqəsində həmin vaxt göstərilir. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Dövlət İmtahan Mərkəzi tərəfindən iyul və avqustda keçirilən imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

“İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir.

İştirakçılara özləri ilə şəffaf qabda qazsız su da gətirmələri tövsiyə olunur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR