İranda güclü ZƏLZƏLƏ: 5 ölü, 44 yaralı

Baxış Sayı:63

İranda güclü ZƏLZƏLƏ: 5 ölü, 44 yaralı


İranın cənubunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə, yaralananların sayı 44 nəfərə çatıb.

Bu barədə İranın təcili yardım təşkilatının sözçüsü Muctaba Xaledi məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib, 22-sinə isə hadisə yerində tibbi yardım göstərilib.

Xatırladaq ki, İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 101 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Daha sonra bir neçə afterşok olub. Afterşoklardan ən güclüsünün maqnitudası 6,3 bal olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR