Xəbərlər / Nesr
21.06.2022, 22:53
Yeni yaşın xoşbəxtlik, hüzur və sağlamlıq versin. Doğum günün mübarək əziz dostum.
Zaman su kimi axıb keçsə də, aramızdan su sızmayacaq.
Ad günün mübarək olsun və xoşbəxt olasan dəyərli dostum qardaşım Daşdəmir müəllim, bərabər neçə belə gözəl yaşlara..
Nə yaxşı ki, varsan və mənim dostumsan.Yeni yaşına girərkən bütün arzuların qəbul olsun, Doğum günün mübarək olsun!
Səni sevənləri əl üstündə tut ki, qəlblərində heç solmayan bir çiçək kimi təzə qal. İllər ömürdən getsə də hər zaman gənc və gözəl qal.
Ad günün mübarək olsun əziz dostum.
Hörmətlə: Cəmil Zəbhullaoğlu,Qəzənfər Hüseynov,Akif Rzayev və bütün Daşdəmirsevərlər
Doğum günün mübarəkdir əziz dost
Nə arzun var ürəyində çin olsun.
Həyat yolun boranlara düşməsin
Başın üstə daim nurlu gün olsun.
***
Doğum günün mübarəkdir əziz dost.
Allah səni nəzərində saxlasın.
Endirməsin qəm-kədərin yanına
Xoşbəxtliyin üzərində saxlasın.
***
Doğum günün mübarəkdir əziz dost.
Sən layiqsən sözlərin ən xoşuna
Nə arzun var ürəyində yaşayan
Bu yaşında gəlsin sənin başına.
***
Doğum günün mübarəkdir əziz dost.
Təbəssümün heç itməsin üzündən.
Ömür boyu ağlayasan sevincdən
Qəm yaşları süzülməsin gözündən.
***
Arzumdur ki, nə vaxt baxsan görəsən
Dörd tərəfin gül-çiçəkdir əziz dost.
Təbrik edib söyləyirəm ürəkdən.
Doğum günün mübarəkdir əziz dost.
Müəllif: Nüsrət Həsən
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay