Bu gün regionun gələcək inkişafına hədəflənən bütün addımların müəllifi kimi məhz Azərbaycan ön sırada dayanır
“Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan IX Qlobal Bakı forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və məqsədlərimizin bir daha bəyan edilməsi baxımından olduqca əhəmiyyətlidir.Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, bu forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır. Burada dünyanı daha təhlükəsiz etmək səyləri ifadə olunur, müxtəlif mövqelər sərgilənir və dünyanın nəbzini tutmaqla, qlobal çağırışları qarşılamaq üçün nəzəri və praktiki tövsiyələr təqdim edilir.
Prezident İlham Əliyevin geniş əhatəli çıxışı, cari vəzifələrlə bağlı qətiyyətli mövqeyi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Azərbaycanın beynəlxalq və regional sülh proseslərinə töhfələr vermək, qlobal təhdidləri qabaqlamaq əzmi geniş təqdir qazandı. Bunun da başlıca səbəblərindən biri məhz ölkəmizin zaman-zaman təhdidlərlə üz-üzə qalması idi. Bəllidir ki, ikinci dəfə dövlət müstəqilliyimizə qovuşduğumuz 90-cı illərin əvvəllərində suverenlik və dövləti varlığımız təhlükələrə məruz qalmış, ərazilərimizin 20 faizi ermənilər tərəfindən işğal edilmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Yalnız 2020-ci ildə növbəti erməni hərbi təxribatına cavab olaraq başladığımız Vətən müharibəsində 44 günlük Zəfər yürüşü sayəsində torpaqlarımızı düşmən təcavüzündən qurtara bildik. O zaman imzalanan üçtərəfli Bəyanatın müddəalarının, o cümlədən, kommunikasiyaların açılmasının həyatda öz təsdiqini tapacağına inanılıb. Lakin həmin vaxtdan etibarən Ermənistan təəssüf ki, bəyanatın icrası ilə bağlı heç bir əməli addım atmayıb, bu istiqamətdə heç bir iş görməyib və bu, qəbuledilməz bir hal kimi ciddi narahatlıq doğurub. Üçtərəfli bəyanatla Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılması təsdiqlənmişdi. Lakin aradan ötən ilyarımdan çox bir müddətdə bu məsələyə Ermənistan laqeyd münasibət bəslədi. Prezident İlham Əliyev bununla bağlı çıxışında dedi: “Əvvəla, bu, regionda disbalans yaradır. Çünki həmin bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq”.Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsinin regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunu, regionda gələcək sülhün fundamental elementlərindən biri olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nitqində Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyinə də toxunub. Ölkə rəhbəri ATƏT-dən mandat alan bu təsisatın 28 il ərzində heç bir əməli iş görmədiyini, buna görə də Azərbaycanın Qarabağ münaqişəsini həll etdikdən sonra artıq bu təsisatın fəaliyyətinə ehtiyac qalmadığını bildirib.
Forumunun ilk günündə enerji təhlükəsizliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısının ötən il mayın 3-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam ilə “Yaşıl enerji” zonası elan edilib. “Yaşıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, hazırda dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən iqtisadi rayonların bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.
Bəlli olduğu kimi öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi zəfərdən sonra həm də yeni reallıqlar yaradan ölkəyə çevrilib. Bu gün regionun gələcək inkişafına hədəflənən bütün addımların müəllifi kimi məhz Azərbaycan ön sırada dayanır. Bu sadalananların fonunda bu cür tədbirlərə evsahibliyi etməklə Azərbaycan bir daha güclü dövlət olduğunu ortaya qoyur, digər tərəfdən də bu tədbirlər vasitəsilə postmüharibə dövründəki reallıqları dünya birliyinə çatdırır.

Ümid Mehdiyev
ADPU rektorunun inzibati və iqtisadi məsələlər üzrə müşaviri

Son xəbərlər

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

Avropa İttifaqı Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırıb

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031