“Qarabağ”ın ikinci mərhələdəki potensial rəqibləri müəyyənləşdi

Baxış Sayı:71

“Qarabağ”ın ikinci mərhələdəki potensial rəqibləri müəyyənləşdi


Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ın yarışın ikinci təsnifat mərhələsindəki 3 potensial rəqibi bəlli olub.

Bu gün keçiriləcək püşkatma mərasimində Ağdam təmsilçisi, birinci mərhələdə olduğu kimi “səpələnmişlər” səbətində yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

“Qarabağ”ın ikinci mərhələyə adlayacağı halda qarşılaşacağı 3 potensial rəqib:

"Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi

"Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Sürix” (İsveçrə)

Qeyd edək ki,ikinci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.

"Lex” (Polşa) - "Qarabağ" cütünün məğlubu Konfrans Liqasının II təsnifat mərhələsində bu komandalardan biri ilə qarşılaşacaq:

“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) cütünün məğlubu

“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu

“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya) cütünün məğlubu

“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta) cütünün məğlubu

“Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütünün məğlubu

Oxşar xəbərlər
SON XƏBƏRLƏR