Xəbərlər
11.06.2022, 23:28
Minifutbol üzrə Azərbaycan milli komandası tarixində ilk dəfə Avropa çempionu olub
İyunun 11-də mini-futbol üzrə Azərbaycan yığma komandası tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yığmamız Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının finalında qitə birinciliklərinin ən titullu komandasını - Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.
Bürünc medallara Qazaxıstan yığmasını 4:1 hesabı ilə məğlub edən Bolqarıstan yığması layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb. Komandamız qrupda da rəqib olan Rumıniyaya uduzsa da (0:2), İspaniya (5:1) və Albaniyaya (1:0) qalib gələrək səkkizdəbir finala yüksəlib. Komandamız səkkizdəbir finalda İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovskiyaı minimal hesabla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlubiyyətə uğradan futbolçularımız finala vəsiq qazanıblar..

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay