Soydaşlarımız Qırğızıstanda “Ustad” və “Kılımdın zalkarı” medalları ilə təltif olunublar
Almatı və Bişkek mərkəzli “Türkel” Media Qrupunun prezidenti Hökümə Xəlilova və baş redaktoru Ramiz Məşədihəsənli “Xalqlar arasında dostluq, həmrəylik və əmin-amanlıq” fəaliyyətlərinə görə Qırğızıstanın Beynəlxalq “Nasaatçı” Fondu tərəfindən “Ustad” və “Kılımdın zalkarı” medalları ilə təltif olunublar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mükafatı Qırğızıstan Daxili İşlər Nazirliyi ehtiyatda olan generallar komitəsinin üzvü, ehtiyatda olan milis polkovniki Saltanat Kıştobayeva təqdim edib.

O, soydaşlarımızı təbrik edərək “Türkel” Media Qrupunun fəaliyyətindən danışıb və bildirib ki, 20 il ərzində “Türkel” qəzeti, “Altın körpü” jurnalı, Qırğızıstanın “Piramida” dövlət televiziya kanalında efirə çıxan “Dostluq körpüsü” proqramı türk dünyası arasında əsl körpü rolu oynayır.

Saltanat Kıştobayeva ölkədəki sabitliyin, əmin-amanlığın qorunmasında mətbuatın böyük rol oynadığını vurğulayıb. O, indiyədək Qırğızıstanda yaşayan 80-dən çox xalqın və millətin nümayəndələri arasında milli zəmində heç bir münaqişənin baş vermədiyini və xalqların dostluq, bərabərlik və həmrəylik şəraitində yaşadıqlarını bildirib.

S.Kıştobayeva, həmçinin soydaşlarımızın Qırğızıstan Daxili İşlər Nazirliyi tərəfindən dəfələrlə medal və fəxri fərmanlarla mükafatlandırıldıqlarını deyib.
Soydaşlarımız Qırğızıstanda “Ustad” və “Kılımdın zalkarı” medalları ilə təltif olunublar

Son xəbərlər

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031