Şamaxıda elmi-praktiki konfrans: “Ürəklərdə yaşayan Sabir”
Mayın 31-də Şamaxıda Mirzə Ələkbər Sabirin anadan olmasının 160–cı ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Sabir” mövzusunda elmi-praktiki konfrans və “Mirzə Ələkbər Sabir -160” kitabının təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev-muzeyinin və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəl şairin məzarı ziyarət olunub və xatirəsi ehtiramla yad edilib. Tədbir çərçivəsində iştirakçılar Sabirin ev-muzeyində görülmüş işlərlə taniş olub, onlara şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

Şamaxı Mədəniyyət Mərkəzində keçirilən konfransı Mirzə Ələkbər Sabirin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə açaraq şairin xatirəsini əbədiləşdirmək üçün görülmüş genişmiqyaslı işlərdən bəhs edib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov M.Ə.Sabir poeziyasının Azərbaycan ədəbiyyatındakı rolundan geniş söhbət açaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Sabirin müasir ədəbiyyatşünaslıqda tədqiqi”, ADPU-nun Şamaxı filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şahsəddin Mikayılov “Mirzə Ələkbər Sabir yaradıcılığında humanizm”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova “Güləndə də ağlayan şairimiz”, ADPU-nun Şamaxı filialının kafedra müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, Sabir yaradıcılığının tədqiqatçısı Eyvaz Eminaliyev “Mirzə Ələkbər Sabir yaradıcılığında milli və bəşəri problemlərin inikası” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin “İrs” komissiyasının sədri, şair Sona Xəyalın “Mirzə Ələkbər Sabir-160” kitabının təqdimatı keçirilib. Təqdimatda kitabın rəyçisi Qarabağ müharibəsi əlili, ilahiyyatçı Həsən Hüseyni kitabda nəşr olunmuş Mirzə Ələkbər Sabirin əsərləri haqqında danışıb.

Sonda muzeyin direktoru R.Xəlilzadə tərəfindən Mirzə Ələkbər Sabirin ev-muzeyinin əməkdaşlarının şairin 160 illik yubileyi münasibətilə muzey işi sahəsində fəallıq, təşəbbüskarlıq və yüksək iş fəaliyyətinə görə fəxri fərmanla təltif edilib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən muzeyə kitablar hədiyyə olunub.
Şamaxıda elmi-praktiki konfrans: “Ürəklərdə yaşayan Sabir”

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031