Göz yumulu, bu şəhərdə dolanma - İlqar Süleymanlı Bizəban

Baxış Sayı:66

Göz yumulu, bu şəhərdə dolanma - İlqar Süleymanlı Bizəban
Göz yumulu, bu şəhərdə dolanma,
Yollarında dalan olur, tin olur.
İnsanların bal dilinə inanma,
İndi çoxu gen dəyişir, cin olur.

Hər hərəkət qədər deyil, çözülsən
Üzə çıxar, əməlinə özül sən!
Bir səhvinə göz yumarsan, dözülsən
Artar bir on, on yüz, yüzün min olur.

Demək olmaz gülərüz hər gülənə,
Qarşına bax, çox boylanma dünənə.
Ürəklərə toxunmayın, qırmaq nə,
Dünya daşar, dörd tərəfin kin olur.

Gün doğmadan nələr doğar, ah nələr,
Bəzən qalxıb Ay qoynumda gecələr.
Yuxuları tərsə yozun deyərlər,
Mən gördüyüm, gec də olsa çin olur.

İlqar Süleymanlı Bizəban

Oxşar xəbərlər
SON XƏBƏRLƏR