Yazılı mediamızın mogikanlarından birini də itirdik...
Azərbaycan mətbuatının tarixində elə görkəmli ziyalılar olub ki, xalq onları yaxından tanıyıb, böyük sevgi və məhəbbətlə sevib, onlara dərin ehtiram bəsləyib. Bu insanlar media cameəsinin ağsaqqalı, öndəri olub, hamı onların adı ilə fəxr edib, onlar barəsində fəxrlə danışıblar. Elə insanlar var ki, onlar öz nəciblikləri, alicənablıqları, xeyirxahlıqları ilə ətrafdakıları işıqlandırır, nurlandırır, saflaşdırır,
həyatı necə yaşamağı müdrikliklə onlara öyrədirlər. Onların sirlərini öyrənmək, görünməyən, bu günə qədər açılmayan, dərin qatlarda gizlənmiş olan məzmunlarını üzə çıxarmaq insanlığın,

bəşərin gələcəyinə xidmət etmək deməkdir. Belə insanlardan biri də mənim hələ tələbəlik illərimdən də qabaq tanıdığım, sonralar isə eyni cəbhədə çalışmaq nəsib olan yazılı mətbuatımızın sonuncu mogikanlarından biri olan Məzahir Süleymanzadədir. Bu gün eşitdim ki, Məzahir müəllim dostlarını, əzizlərini, tələbələrini tərk edib haqq dünyasına qovuşub. Açığı, son bir neçə gündə bu cür təbərləri eşitmək mənimçün və bir çox Məzahirsevər üçün çox ağırdır. Onun jurnalistikası öyrənilməlidir, keçdiyi həyat yolu bugünkü gəncliyə örnəkdir. Bu mənada Məzahir Süleymanzadəni daha dərindən və yaxından tanımaq, eyni zamanda tanıtmaq, tanıtmaq üçün tədqiq etmək, öyrənmək, milli mətbuat xəzinəmizin zənginləşdirilməsi üçün onun yaradıcılıq yolunu əks etdirən əsərlərini qoruyub-saxlamaq, hifz etmək bizim ən müqəddəs borcumuzdur.
Mən bu kiçik yazımda dostumuz haqqında bir neçə fikrimi bölüşmək istəyirəm.
Bu görkəmli jurnalistin bədii yaradıcılıq marağı, publisistik manerası o qədər geniş və sanballıdır ki, onu açmaq, ona layiq söz demək mənim üçün çox çətindir. Məzahir Süleymanzadənin şərəfli və
çoxsahəli yaradıcılıq yolu haqqında yazmaq, onun yazılı jurnalistika sahəsindəki fəaliyyətini bir məqalədə əks etdirmək o qədər də asan deyil. Onun keçdiyi həyat yolunu əks etdirən kitabı vərəqlədikcə gözümüz önündə bir dünya açılır. Bu dünyada biz sözün hikmətini duyuruq, sözün qüdrəti qarşısında heyran qalırıq, sözün şöhrətinin gücünü hiss edirik.
Ustadlarımızı yada salmaq, onları xatırlamaq, onlar haqqında danışmaq hər zaman bizdə xoş duyğular yaradır, çünki onları xatırlayarkən, biz öz gənclik illərimizə, ömrün ən əziz,
ən şirin günlərinə – gənclik illərinə qayıdırıq. Dünyada elə dəyərlər, elə qiymətlər var ki, onu heç bir vaxt, heç bir zaman soldura bilmir....
Onun sakit, şirin və asta danışığı, dəqiq elmi-nəzəri təhlilləri indi də yadımdadır. Mən özümü xoşbəxt sayıram. Xoşbəxt sayıram ona görə ki, Məzahir müəllim kimi böyük bir
jurnalistin, ustad qələm sahibinin, saf, təmiz, səmimi, təvazökar, xeyirxah bir insanın dövründə jurnalistikada külünc vurmuşam və bu gün də bu sahədəyəm. Eşitdiyimə və həm də gördüyümə görə, Məzahir Süleymanzadə bir çoxunun sevimli ustadı olmaqla yanaşı, həm də ən böyük xeyirxahı, himayədarı olub. Tale elə gətirdi ki, mən Məzahir müəllimlə eyni kollektivdə - “Azərbaycan” qəzetində çalışmağa başladım. Bu, mənim üçün çox böyük xoşbəxtlik idi.
Mənim üçün çox əziz və doğma olan ustadımla bir yerdə çalışacaq, ondan çox şey öyrənəcəkdim.
Bu dövrdə mən Məzahir müəllimi daha yaxından tanıdım, onun dəyərli məsləhətlərini dinlədim, tövsiyələrinə qulaq asdım, onun yaradıcılığını izlədim, əsərlərindən, kitablarından bəhrələndim. O, işləməkdən, çalışmaqdan zövq alırdı. Bir an da olsun yazmaqdan yorulmur, usanmır, bezmir
və bunu bizdən – həmkarlarından da tələb edirdi. Həmişə bizə tövsiyə edirdi ki, heç vaxt boş oturmayın, hər gün nə isə oxuyun və yazın. Deyirdi ki, əsl journalist hər gün öz üzərində
işləməli, biliyini, təhsilini artırmalı, çoxlu mütaliə etməlidir.
Məzahir müəllim jurnalistikanı, bu sənəti çox sevirdi, vaxtilə baş redaktoru olduğu olduğu “Səhər” qəzeti redaksiyası onun ikinci evi idi, redaksiyanın hər bir əməkdaşının işi, fəaliyyəti ilə maraqlanır,
onlara əsl atalıq qayğısı göstərirdi. Redaksiyada nümunəvi nizam-intizam, səliqə-sahman, möhkəm birlik, işgüzar şərait, ən əsası isə mehribançılıq və səmimiyyət yaratmışdı.
Jurnalisitikanın sirlərini, incəliklərini böyük həvəslə əməkdaşlarına, tələbələrinə sevdirən bu böyük jurnalist uzun illər “Səhər”i yaşatdı.
Tale, bəxt, ömür tanrı qismətidir. Məzahir Süleymanzadə aramızda cismən olmasa da, əbədiyyətə qovuşsa da, həmişə onu sevənlərin qəlbində yaşayacaq. Məzahir müəllim qələm sahiblərinin, media mənsublarının yaddaşında təkcə bir jurnalist, publisist kimi qalmır. O, eyni zamanda
yüksək insani hisslərə malik olan, mənəvi saflığı ilə seçilən, sadə, təvazökar, səmimi, xeyirxah bir şəxs kimi, bütün varlığı ilə xalqına, vətəninə bağlı olan, hamıya təmənnasız yaxşılıq
edən bir şəxs kimi yadda qalır (Yaxşılıq etmək qabiliyyəti insanın ən böyük nemətidir).
Onun xidmətləri heç zaman unudulmur, bu gün də, gələcəkdə də unudulmayacaqdır. Ustad söz sahibi, əvəzolunmaz müəllim, nəcib və xeyirxah insan olan Məzahir müəllim minlərlə yetirməsinin qəlbində anılacaq və yad ediləcək.
İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq Məzahir müəllimin adı yaddaşlardan heç vaxt silinməyəcək.
Allah sənə rəhmət eləsin, ustad Məzahir Süleymanzadə!
Ruhunuza dərin ehtiramla:
Daşdəmir ƏJDƏROĞLU

Yazılı mediamızın mogikanlarından birini də itirdik...
Yazılı mediamızın mogikanlarından birini də itirdik...
Yazılı mediamızın mogikanlarından birini də itirdik...
Yazılı mediamızın mogikanlarından birini də itirdik...

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031