Beynəlxalq Talassemiya Günü ilə əlaqədar tədbir keçirilib
Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 May - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar tədbir keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Valeh Hüseynov, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Türkiyədən dəvət edilmiş mütəxəssislər, QHT-lərin nümayəndələri və Mərkəzin həkimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Zaur Əliyev bildirib ki, 2020-ci ilin aprel ayından “Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunur. 2020-ci ilin aprel ayından 2022-ci ilin may ayına qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində 39 nəfər sümük iliyi transplantasiyası əməliyyatı olunub. Əməliyyat olunanların 26-sı 1-12 yaş arası uşaqlardır. Z.Əliyev qeyd edib ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr Dövlət Proqramına uyğun olaraq ödənişsiz həyata keçirilir. Eyni zamanda, əməliyyata hazırlıq dövründə istifadə edilən dərmanlar, kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün təyin olunan immunosupressiv dərmanlar da xəstələrə ödənişsiz verilir.

Sonra çıxış edən Vüqar Qurbanov talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, talassemiya irsi qan xəstəliyidir ki, bu da öz növbəsində insanlar arasında əlliliyin artmasına və kritik hallarda ölüm hadisələrinə gətirib çıxarır: “Ötən illər ərzində dünya tibb elminin inkişafı Azərbaycanda talassemiyalı uşaq və böyüklərin müalicəsi sahəsində də mühüm irəliləyişə səbəb olub. Hazırda Azərbaycanda talassemiyanın müalicəsi sahəsində böyük dönüş müşahidə olunur”. V.Qurbanov 2022-ci ilin yanvar ayında Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatlarının təhvil verildiyini bildirib.

Tədbirdə Nadir Zeynalov, Valeh Hüseynov və Məlahət İbrahimqızı çıxış edərək dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Sonra yerli və türkiyəli mütəxəssislərin “Talessimiyada genotip fenotip əlaqəsi”, “Yeni nəsil xelatoların kliniki praktiki tədbiqi”, “Talessimiya və Oraq hüceyrəli anemiyanın təqibi: xəstə-həkim əməkdaşlığı” mövzularında çıxışları dinlənilib.

Sonda Leyla xanım Əliyevanın təşəbbüsü ilə talassemiyalı xəstələrə distant təhsil verən türkiyəli həkimlərə göstərdikləri xidmətə görə təşəkkürnamələr təqdim edilib.
Beynəlxalq Talassemiya Günü ilə əlaqədar tədbir keçirilib
Beynəlxalq Talassemiya Günü ilə əlaqədar tədbir keçirilib
Beynəlxalq Talassemiya Günü ilə əlaqədar tədbir keçirilib

Son xəbərlər

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

Avropa İttifaqı Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurda “Rəqəmsal Cəmiyyət Mükafatı”na layiq görülüb

Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ

Kosova Avropa Şurasına üzv olur

Ramazanın 18-ci gününün DUASI

Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişini pozub

Vatsapa yeni funksiya gəldi

“Biz artıq Moskva ilə bu məsələni müzakirə etmirik”

“Nəsimi” stansiyasında yanğın

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031