Səttar Möhbalıyev: Xüsusi təyinatlılar şanlı hərb tariximizdə böyük bir məktəbin əsasını qoydular
Azərbaycanın hər bir uğurunun arxasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi möhkəm təməllər dayanır. Ulu Öndərin xalqımızın rifahı, dövlətimizin inkişafı, Vətənimizin qorunması üçün atdığı bütün addımlar Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilərək öz hədəfinə çatmış oldu. 1999-cu ildə Azərbaycan Ordusunun ən çevik və peşəkar döyüş qabiliyyətinə malik Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması və onların hərb tariximizdə oynadığı rol Heydər Əliyevin nə qədər uzaqgörən və dahi şəxsiyyət olduğunu bir daha ortaya qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasını tarixi hadisə adlandıran S.Möhbalıyev bildirib ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun bu bölməsinin gücünü, peşəkarlığını, yüksək döyüş ruhunu işğalçı Ermənistana, onun havadarlarına, həmçinin bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə böyük qəhrəmanlıq göstərən xüsusi təyinatlılar ordumuzun digər bölmələri ilə birlikdə düşmənin dərsini layiqincə verdilər.

“Dövlətimiz tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlarla, döyüş vasitələri və texnikalarla təchiz edilməsi üçün bütün imkanlar yaradılır. 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi xüsusi təyinatlılarımızın qəhrəmanlıq salnaməsidir. Onların nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti bütün dünyaya səs saldı. Səhra, dağ, qaya, isti, soyuq demədən, iqlimin və relyefin hər cür sərt üzünə hazır olan Xüsusi Təyinatlı Qüvvələrimiz cəmi 44 günə düşmənin dizini yerə qoydu. Hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri azad etməklə xalqımıza böyük sevinc bəxş edirdilər. Şuşa əməliyyatı isə onların peşəkarlığının və yüksək döyüş qabiliyyətinin təntənəsi oldu. Onlar dağları aşaraq, qayalardan dırmanaraq Şüşaya qalxdılar, yüngül silahlarla, əlbəyaxa döyüşlə, şəhərin tarixi görkəminə zərər verməməklə mədəniyyət paytaxtımızı azad etdilər. Bir sözlə, onlar Qarabağ dastanının müəllifi oldular və göstərdikləri qərəmanlıqlarla şanlı tariximizdə böyük bir məktəbin əsasını qoydular: Vətəni bütün qəlbi ilə sevmək, hər zaman onun müdafiəsinə hazır olmaq, bu yolda heç nədən qorxmamaq və çəkinməmək. İnanırıq ki, xalqımızın gələcək nəsilləri bu məktəbi dərindən öyrənəcək və bundan layiqincə bəhrələnəcəklər”, - S.Möhbalıyev bildirib.

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbirdə xüsusi təyinatlıların peşəkarlığından, yüksək döyüş hazırlığından, vətənpərvərliklərindən söz açaraq, onlarla fəxr etdiyini bildirdi. Xüsusi təyinatlıların sayının İkinci Qarabağ müharibəsindən sonra iki dəfə artırılması onu deməyə imkan verir ki, ölkəmiz müdafiə məqsədilə öz hərbi qüdrətini artırmaqda davam edəcək.

“Bu gün Ermənistanda Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyən, revanşist düşüncə ilə yaşayan insanlar anlamalıdırlar ki, onları hansı tale gözləyir. Bunun üçün o qədər də uzağa getmək lazım deyil, onların 44 günlük Vətən müharibəsində döyüş meydanından qaçan erməni əsgərlərini xatırlamaları kifayətdir.

Əminik ki, xalqımız xüsusi təyinatlıların qəhrəmanlıqlarını heç zaman unutmayacaq, həmişə böyük fəxarətlə xatırlayacaq”, - S.Möhbalıyev bildirib.

Son xəbərlər

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031