Gorus yolu ilə Ermənistana yük aparan iranlı tutuldu

Dövlət Gömrük Komtəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ermənistana yük aparan qonşu ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz Axor” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması soruşulub.

Komitədən verilən məlumata görə, sürücü idarə etdiyi avtomobildə mütləq bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirib. Bundan sonra avtomobil əsaslı yoxlanılıb və yük nəqliyyat vasitəsinin kabinində gizlədilən 4,017 qram narkotik vasitə - həşiş qətranı, 8 ədəd üzərində “ddp/M20” nişanəsi olan metadon həbləri, üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd həb və 30,132 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, metadon "Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələ"»in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir. Alprazolam isə «Dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir və 2 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edir.

Son xəbərlər

Bakıda evdə yanğın: ölən var

Qərb elə bilir ki, Ukraynada baş verənlər cizgi filmidir

BQXK-dən Ruslanla bağlı açıqlama

İlham Əliyev sərəncam imzaladı

Eyvazov Anar Qafarova yüksək vəzifə verdi

Mart ayının havası açıqlandı

Yataqxanalarda yaşayan məcburi köçkünlərlə bağlı təklif

Əsgərlərə 20 günlük məzuniyyət verilsin – Təklif

Azan əsgərimiz İrəvanda həbs edildi - Bunda ittiham edilir

Qərbi Azərbaycanda 50 sosial media fəalı həbs edildi

Hikmət Mirzəyev üçün əlamətdar GÜN

Bu gün qadınlara “yox” deyən kişilər hədiyyə alırlar

Məhəmməd Əmin Rəsulzadənin məzarı abadlaşdırılır

Baş nazir: Rusiya Fransa üçün birbaşa təhlükədir

Azərbaycan iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir - RƏY

HƏMAS və İsrail arasında razılıq əldə olunub

Avropa Rusiya qazının Ukrayna ərazisi ilə tədarükündən imtina planı üzərində işləyir

Beynəlxalq Kosmik Stansiyada sızma aşkar edilib

Mart ayının TƏHLÜKƏLİ GÜNLƏRİ - Xəbrdarlıq edildi

Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Heydər Əliyev adına Hərbi Liseyin müstəqil fəaliyyətə başlamasının ildönümü qeyd edilib - FOTO

Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilmişdir - FOTOLAR

Latviya öz qoşunlarının Ukraynaya göndərilməsinə icazə verə bilər

Dünyada 1 milyard insan türk seriallarını izləyir

Berlindəki sülh görüşü FOTOLARDA

Müdafiə Nazirliyi: Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

Premyer Liqa: “Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın edib

Azərbaycanın güllə atıcıları Avropa çempionatında növbəti medalı qazanıblar

Bütün xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829