Bakıda tələbələr liseyin damına çıxıb “şou” göstərdilər – VİDEO

Baxış Sayı:97

Bakıda tələbələr liseyin damına çıxıb “şou” göstərdilər – VİDEO

Bakıda peşə liseyinin damına çıxan bir qrup tələbə orada həyatlarını təhlükəyə ataraq riskli hərəkətlər ediblər.

Sosial şəbəkələrdə yayılan həmin videogörüntü birmənalı olaraq izləyicilər tərəfindən qınanıb.

Bəs tələbələr dörd mərtəbəli liseyin damına hansı şəraitdə və necə çıxıb? Məsələyə Peşə Təhsili üzrə Dövlət Agentliyi də münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, şagirdlər liseyin damında “Bunu heç kim edə bilməz” deyib, riskli hərəkətlər ediblər.

Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 100 ünvanında çəkilib. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 14 nömrəli Bakı Peşə Liseyinin tələbələri təhsil ocağının damına çıxıblar. Sosial şəbəkələrdə yayılan video birmənalı olaraq izləyicilər tərəfindən qınanıb. Çünki bu yaşda gənclərin belə hərəkət etməsi olduqca təhlükəlidir.

Bir-birlərini telefona çəkən tələbələrdən biri dördmərtəbəli binanın damından aşağı baxarkən təhlükə ilə üzləşib. Digər tələbə yoldaşı ona “yıxılarsan, çox qabağa getmə” deyib.

Peşə liseyinin rəhbərliyindən məsələyə münasibət öyrənmək istədik. Liseyin tələbələrə nəzarət edə bilməyən mühafizəçiləri bizə bildirdilər ki, təhsil ocağında ümumiyyətlə rəhbər şəxs yoxdur. Amma onlar faktın sözügedən liseydə baş verdiyini təsdiq etdilər. Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyran Məmmədli “Xəzər Xəbər”ə bildirdi ki, tələbələrin ora nə vaxt və hansı şəraitdə çıxdığı təmsil etdiyi qurum tərəfindən araşdırılır. “Araşdırmanın yekununda mətbuata ətraflı açıqlama veriləcək”,-deyə Ceyran Məmmədli qeyd etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxşar xəbərlər
SON XƏBƏRLƏR