Təzyiq - Cümşüd AYDƏMİROV

Baxış Sayı:108

Təzyiq - Cümşüd AYDƏMİROV
Təzyiq
Yığmısan canımı boğaza, təzyiq!
Gəlmişəm əlindən zinhara, təzyiq!

Bu geniş dünyanı eyləmisən dar,
Abır yoxdu səndə eləmirsən ar,
Əl çək də yaxamdan, ay mərdimazar!
Yığmısan canımı boğaza,təzyiq!
Gəlmişəm əlindən zinhara, təzyiq!

Nə gecə bilirsən, nə də ki,gündüz,
Əqrəbin göstərir yüz səksənlə yüz!
Sənə kar eləmir,eləmirsən düz,
Yığmısan canımı boğaza, təzyiq!
Gəlmişəm əlindən zinhara,təzyiq!

Mənimlə həm gəzir,həm oturursan,
Mənimlə bir yatıb, bir də durursan,
Sonra da başıma bəla olursan,
Yığmısan canımı boğaza, təzyiq!
Gəlmişəm əlindən zinhara,təzyiq!

Siqareti çəkmə,əcəb, çəkmirəm!
Alkoqol çox içmə,əcəb,içmirəm!
Ziyanlı nə varsa,onu etmirəm,
Yığmısan canımı boğaza,təzyiq!
Gəlmişəm əlindən zinhara, təzyiq!

Deyirlər, yemşan dəmlə iç,içirəm!
Deyirlər, limonlu su iç,içirəm!
Xülasə, filan dərmanı iç,içirəm!
Yığmısan canımı boğaza təzyiq!
Gəlmişəm əlindən zinhara təzyiq!

Həkiim həyat tərzin dəyiş söyləyir,
Mən tərzin dəyişdim,həyat dəyişir?
Həyatın özü də sənə təzyiqdir,
Yığmısan canımı boğaza təzyiq!
Gəlmişəm əlindən zinhara təzyiq!

Təzə söz eşitdik, meteohəssas!
Mən o insanlardanam havaya həssas!
Təzyiqim olubdur, məndən də həssas,
Yığmısan canımı boğaza, təzyiq!
Gəlmişəm əlindən zinhara,təzyiq!

Lənətə gələsən belə azarı,
Bağlanır adamın dükan-bazarı.
Təzyiq ilə sıxır daim insanı,
Yığmısan canımı boğaza,təzyiq!
Gəlmişəm əlindən zinhara,təzyiq!

Bu geniş dünyanı eyləmisən dar,
Abır yoxdu səndə eləmirsən ar,
Əl çək də yaxamdan, ay mərdimazar!
Yığmısan canımı boğaza, təzyiq!
Gəlmişəm əlindən zinhara, təzyiq!


Cümşüd Aydəmirov,
Xudat. 26.01.22

Təzyiq - Cümşüd AYDƏMİROV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR