Vaxtsız itirdiyim əzizlərimin xatirəsinə - TÖKÜR - Solmaz Şirvanlı

Baxış Sayı:99

Vaxtsız itirdiyim əzizlərimin xatirəsinə - TÖKÜR - Solmaz Şirvanlı
Vaxtsız itirdiyim əzizlərimin xatirəsinə
TÖKÜR
Nə qədər səbr eylə desək fərqi nə?,
Dogmasin itirən yenə yaş tökür,
Hər kəs itirəndə varır fərqinə,
Qoşa əlləriylə başa daş tökür!

Əzizin itirmək nə qədər ağır,
İnsanın üzündən kədər- qəm yağır,
Nə qədər harayla,nə qədər çağır,
Gözlər həsrət qalır,dil qarğış tökür!

Bir zaman gülümsər olan gözləri
Bir zaman sevinclə dolan sözləri,
İndisə yadigar ayaq izləri,
Ömrün baharında sanki qış tökür!

Bir qəfil xəbərdən sarsıldım inan,
Sabaha yaşamım oldu bir güman,
Fələk oyun qurur, dərd verir ümman,
Gözlər qan aglaýır, qanlı yaş tökür!


Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
27-01-2022

Oxşar xəbərlər
SON XƏBƏRLƏR