Universitetin şöbə müdiri hakim qarşısında: “Dedi ki, 2500 manat verməlisən..."

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda iki şahid ifadə verib.

Şahid qismində ilk olaraq, Bakı İslam Universitetinin məzunu olmuş, sonradan əlavə təhsil üçün BSU-ya müraciət edən Təranə Ağayeva ifadə verib. Şahid bildirib ki, 2018-ci ildə təhsildə sosial-psixologiya ixtisasına qəbul olmaq üçün universitetə müraciət edib. Daha sonra Dürdanə Əliyeva ondan təhsil ödənişi üçün 2500 manat pul istəyib:

"Dürdanə xanımın otağına daxil olan kimi salam vermədən birbaşa neçə min gətirdiyimi soruşdu. Həmin vaxt bir anlıq çaşıb qaldım ki, dövlət universitetində belə şey olar? Mənə dedi ki, 2500 manat verməlisən, amma elanda 1500 manat yazılmışdı. Razılaşıb ilkin olaraq 1500 manat verdim. Üstündən bir müddət keçəndən sonra mənə zəng edib dedilər ki, sənin diplomunda problem var. Dürdanə Əliyeva mənə dedi ki, Təhsil Nazirliyi sənin diplomunu tanımır. Dedi ki, nazirlikdə tanışım var, 3 min manat ver ona deyim həll etsin. Həmin 3 min manatı da verdim. Bir müddət dərslərdə iştirak etdim”.

Şahid ifadəsində 3 illik təhsil müddətində Dürdanə Əliyevaya ümumilikdə 8 250 manat pul verdiyini bildirib. Şahid deyib ki, son ödənişi ötən ilin noyabr ayının 8-də təqsirləndirilən şəxsə ödəsə də, sonradan öyrənib ki, Dürdanə Əliyeva bir gün əvvəl işdən çıxarılıbmış.

Təqsirləndirilən şəxs şahidin ifadəsinə münasibət bildirərək, deyilənlərin yanlış olduğunu deyib. D.Əliyeva bildirib ki, Təranə Ağayevadan əlavə İslam Universitetinin dörd nəfər məzunu həmin vaxt təhsil alıb, onlarla bağlı heç bir problem olmayıb. O bildirib ki, diplom saxta olsaydı, şahid imtahanlarda iştirak edə bilməzdi.

Daha sonra şahid qismində Zərdab rayon sakini Elnur İmamzadə ifadə verib. Şahid bildirib ki, 2020-ci ildə nişanlı olduğu Elnurə Abdullayevanın əlavə təhsili ilə bağlı Bakı Slavyan Universitetinə müraciət edib. Universitetdə işləyən tanışları Fərrux adlı müəllim əlavə təhsil üçün 1600 manat pul verməli olduqlarını deyib:

"1600 manatı verdik. Sonradan problem oldu, Fərrux müəllim 1600 manatı geri qaytardı. İş də alınmadı”.

Prosesdə şahidin hazırkı ifadəsi ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub. Şahid əvvəlki ifadəsində Dürdanə Əliyeva ilə görüşdüyünü və nağd şəkildə ona 1600 manat pul verdiyini deyib.

Proses yanvarın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

(unikal.org)

Son xəbərlər

Livanda rabitə cihazları partlayır - 3 ölü, 100 yaralı

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO

Kişilər rus qadınlarının bu sirrini aça bilmir - Putin

Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaratdı

Leyla Əliyeva uşaq bağçasının açılışında - FOTO

“Mahir Emreli ən azı yarım saat oynayacaq” - Miroslav Kloze

Azərbaycanda inflyasiyanı artıracaq risklər - Açıqlandı

Sabah Bakıda yağış yağacaq

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Tələbə kartları nə vaxt veriləcək? - Rəsmi

Hər iki komandamız Qazaxıstana qarşı

Peycerlərə əvvəldən partlayıcı yerləşdirilib?

İran səfiri partlayışda gözünü itirib

Manatın məzənnəsi sabit qalacaq - Rəsmi

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlərə yenidən baxıla bilər

Çempionlar Liqası: “Bavariya” 9 qolla qalib gəlib, “Milan” “Liverpul”a məğlub olub

Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib

UEFA Musleranın cəzasını açıqladı

Bu gün Milli Musiqi Günüdür

Şəhid Ülvi Bünyadzadəyə həsr olunmuş “Mən qorxmuram uzaq yola çıxmaqdan” kitabı çapdan çıxıb

Dünyaşöhrətli səyyahlar ilk dəfə Xəzər dənizini üzərək keçiblər

Azərbaycan millisinin sabiq futbolçusu Albaniya çempionatında çıxış edəcək

UEFA Çempionlar Liqası: Liqa mərhələsində I tura start verilib

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq

NBA çempionu olmuş basketbolçunun oğlu yenidən Azərbaycan klubunda

Arzu Yaqub qızı: Səni səndən soruşacam - FOTO

Sabahdan yeni ekspres marşrut fəaliyyətə başlayır

Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30