Türkiyə Superliqası: "Fənərbağça" doğma meydanda "Rizəspor"u darmadağın edib

Baxış Sayı:74

Türkiyə Superliqası: "Fənərbağça" doğma meydanda "Rizəspor"u darmadağın edib
Dekabrın 5-də futbol üzrə Türkiyə çempionatının XV turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça" doğma meydanda “Rizəspor”u qəbul edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, gərgin keçən görüşdə İstanbul təmsilçiləri qonaqların qapısından dörd cavabsız top keçirib.

Günün digər matçında isə "Başakşəhər" səfərdə "Hatayspor"u 3:0 hesabı ilə məğlub edib. "Antalyaspor"da rəqib meydanda "Kayserispor"a 2:0 hesabı ilə uduzub. "Girəsunspor" doğma divarlar arasında "Fatih Karagümrük"ü 3:1 hesabı ilə üstələyib.

Tura dekabrın 6-da keçiriləcək matçlarla yekun vurulacaq.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla "Trabzonspor" başçılıq edir. Ondan 12 xal geri qalan "Fənərbağça" ikinci, sonuncudan bir xal geri qalan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR