“Türkiyə mallarının Azərbaycana daha çox gəlməsinə şərait yaranacaq”

Xəbər verdiyimiz kimi, türk lirəsinin ABŞ dollarına qarşı dəyəri ucuzlaşmaqda davam edir. Belə ki, lirə bu il ABŞ dolları qarşısında 30%-dən çox dəyər itirib.Türkiyənin Mərkəzi Bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi lirənin ucuzlaşmasını sürətləndirən amil kimi qeyd edilir. Dollar/lirə məzənnəsi ilk dəfə noyabrın 12-sində psixoloji hədd olan 10-u ötüb.

Türkiyə Mərkəzi Bankının yaydığı açıqlamada bildirilir ki, bu qurumun üzən məzənnə rejimində məzənnə səviyyəsinə dair heç bir öhdəliyi yoxdur. Məlumatda bildirilir ki, valyuta məzənnələri tələb və təklif şərtləri ilə sərbəst bazar dinamikası ilə müəyyən edilir. Müəyyən şərtlər daxilində Mərkəzi Bank yalnız həddindən artıq olarsa, məzənnəyə müdaxilə edə bilər.

Qonşu ölkədə milli valyutanın dəyər itirməsi ilə bağlı məsələ Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Bu prosesin Türkiyə iqtisadiyyatına təsirləri barədə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Əli Məsimli bildirib ki, artıq Türkiyə Prezidenti Mərkəzi Bankın sədrini qəbul edib: "Bu istiqamətdə hesab edirəm ki, lazımı addımlar atılacaq. Bizimlə ticarət tərəfdaşı olan ölkələrin valyutaları aşağı düşən zaman həmin ölkənin bilavasitə özünün ixrac imkanları artır. Təbii ki, bundan səmərəli istifadə olunsa, Türkiyənin kifayət qədər ixrac imkanlarını artırmaq şansı var.

Bilirsiniz ki, Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdən biridir. Bu da müəyyən dərəcədə Azərbaycana Türkiyə mallarının ixracının artmasına gətirib çıxara bilər.

Bununla bərabər, tərəfdaş olan ölkələrdə milli valyutanın dəyər itirməsinə birmənalı şəkildə təkcə mənfi yox, müsbət tərəflərini də dəyərləndirməklə yanaşmaq lazımdır. Təbii ki, lirənin dəyər itirməsi müəyyən problemlər yaratmaqla yanaşı, eyni zamanda, Türkiyənin ixrac imkanlarını da genişləndirir. Əksər ölkələrdən fərqli olaraq, Türkiyənin ixrac etmək üçün məhsulları çoxdur. Həmin malların ixracının genişləndirilməsi istiqamətində çox güman ki, addımlar atılacaq. Bu vəziyyətdə də Türkiyə mallarının Azərbaycana daha çox gəlməsinə şərait yaranacaq”.

Son xəbərlər

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031